Nəqliyyat kartları istifadəsiz qaldı - VİDEO

Hazırda ancaq “Baku Bus” avtobuslarında gediş haqqı kartla ödənilir. Halbuki, 2 il əvvəl bütün avtobuslarda ödənişlərin kartla qəbul olunacağı deyilirdi. Hətta bunun üçün bir neçə avtobusa aparatlar quraşdırılmış, insanlara kartlar da satılmışdı. Biz də həmin kartların necə deyərlər "taleyi" ilə maraqlandıq. Məlum oldu ki, hazırda nə o validatorlar, nə də ki, həmin kartlar işləyir.
Kartla ödənişə uyğun aparatlar əvvəlcə 10 və 95 nömrəli marşrutlarda quraşdırılmışdı. Plana uyğun olaraq 38 marşrut xəttində də tətbiqi nəzərdə tutulurdu. amma reallıq onu göstərdi ki, nəinki əlavə marşrutlara bu tətbiq olundu, əksinə bir müddət sonra adı çəkilən xətlərdə də kartla ödəniş mümkün olmadı.
Mənzərə onu göstərir ki, vətəndaşların 3 manat verib aldıqları kart istifadəsiz qalıb. Başqa sözlə məbləğindən asılı olmayaraq müştəri zərər çəkmiş sayılır. Kartlar satılan zaman qeyd olunmuşdu ki, alıcı istəsə Bankın satış nöqtələrinə yaxınlaşa və 2 manat məbləği geri ala bilər. Amma hazırda kartı hazırlamış "Bank of Azərbaycan" bağlanıb və köşklər də kartları geri götürmürlər.
Amma 2 manatlıq kartı geri qaytarmaq üçün bu proses də real görünmür.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












