Reklam

Nəqliyyat müfəttişləri özlərini yol polisinə oxşadıb reyd keçirir – VİDEO-FOTO

Yazarlar 10 Dekabr 2016 14:49 Oxunub 20536
Nəqliyyat müfəttişləri özlərini yol polisinə oxşadıb reyd keçirir – VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanundakı səlahiyyətləri aşan müfəttişlər DYP-nin iştirakı olmadan özbaşına reydlər keçirir

Qəbələdə qanunsuz sərnişindaşıma, qışa hazırlıq və fərqlənmə nişanına görə reydlərə start verilib. Reyd zamanı 30-a yaxın avtomobil saxlanılıb. Avtosfer.az ARB-yə istinadən xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) 7 saylı Göyçay regional şöbəsinin əməkdaşlarının aşkarladığı qanunu pozan sürücülər məsuliyyətə cəlb olunub. Müvafiq sənədləri, fərqlənmə nişanı olmayanlar, vergidən yayınanlar, lisenziyasız fəaliyyət göstərənlər cərimələnib. Reyd zamanı xidmət əməkdaşlarının “Saxla!” əmrinə tabe olmayanlar, onlara qarşı deyilən iradları qəbul etməyənlər də olub. DANX-dan verilən məlumata görə, qanunsuz fəaliyyət göstərən sürücülərə qarşı reydlər bundan sonra da müntəzəm davam etdiriləcək.

Çoxları buna adi bir xəbər kimi yanaşır. Lakin əslində, bu cür reydlərin əksəriyyəti DANX əməkdaşları tərəfindən qanunsuz keçirilir. Sürücülərin də narazı qaldığı belə reydlərdə nəqliyyat müfəttişlərin yol verdiyi qayda pozuntuları saysız-hesabsızdır. Onlar özlərini yol polisinə bənzədir, qanunsuz olaraq sürücüləri saxlayır, cərimələr yazır, geyim formalarını pozur və sair…

İlk növbədə onu diqqətə çatdıraq ki, hazırda 30 ölkəninq eks-prezidentinin iştirakı ilə Qəbələdə beynəlxalq forum keçirilər. Qonaqlar arasında Polşanın sabiq prezidenti Aleksandr Krasnevski, Serbiyanin eks-prezidenti Boris Tadic, Kolombiyanin eks-prezidetni Andres Pastrana, Xorvatiyanin eks-prezidenti İqor Yosipoviç və başqaları var. Bu səbəbdən turizm bölgəsi sayılan Qəbələdə yüzlərlə əcnəbi qonaq var. Görəsən, belə bir ərəfədə nəqliyyat müfəttişləri nədən məhz Qəbələdə kütləvi reydlərə başlayıblar? Hələ indiyədək Qəbələ rayon Dövlət Yol Polisi Bölməsi belə reyd keçirməyib, lakin DANX əməkdaşları bu cür mötəbər tədbir keçirilən bir zamanda bu addımı atıblar. Qonaqlardan biri bu cür əcaib mənzərəni görərsə, ölkəmiz şaqqında nə düşünəcək?

Məlumunuz olsun ki, son günlər Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları sürücülərə qarşı başqa bölgələrdə kütləvi reydlər keçirir. Hətta iş o yerə çatıb ki, onların keçirdiyi reydlərin sayı yol polisinin reydlərindən daha çoxdur. Özü də, nəqliyyat müfəttişləri qanunsuz olaraq keçirdikləri bu reydlərə qanuni don geyindirməyə çalışaraq telekanallarda da yayılmasını təşkil edirlər. 

Əslində isə onların təkbaşına belə reydlər keçirməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli fərmanı ilə təsdiq edilmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamənin III bəndində onların xidmətin vəzifələri sadalanır. Həmin bəndin 9.4-cü bölməsində qeyd olunur ki, DANX əməkdaşları avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq fərqləndirmə nişanları ilə təmin etmək və bu sahədə aidiyyəti dövlət orqanı ilə birlikdə müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək səlahiyyətinə malikdirlər. Göründüyü kimi, onlar qaydalara əməl etməyən sürücülərə qarşı tədbirləri yalnız aidiyyatı dövlət orqanları, yəni, Dövlət Yol Polisi (DYP) ilə birlikdə həyata keçirə bilərlər. Lakin DANX əməkdaşlarının bir çox rayonlardakı reydlərindən də göründüyü kimi, onların yanında DYP əməkdaşları yoxdur.

DANX əməkdaşları qanunvericilikdə nəzərdə tutulan geyim formasının tələblərini də pozaraq özlərini DYP əməkdaşlarına bənzədirlər ki, bununla da sürücüləri rahatlıqla saxlaya bilirlər. Məsələn, təqdim olunan foto və videodakı geyim formalarına diqqət edək. ARB TV-yə müsahibə verən DANX əməkdaşının papağı onlar üçün nəzərdə tutulan geyim formasında mövcud deyil. Üstəlik, onların geyim formalarınna, xüsusən də gödəkçənin qollarında və arxasında ağ qoşa və tək xətt mövcud deyil. Bu cür işıqqaytarıcı xətlər DYP əməkdaşlarının geyim formalarında mövcuddur. Bundan əlavə, nəqliyyat müfəttişlərinin şalvarının yanlarında xətt nəzərdə tutulmur. Amma onların əksəriyyəti şalvarın yanlarına bəzən qırmızı və göy rəngli xətlər əlavə edərək qaydaları pozurlar.

Qanunvericilikdə də müəyyən boşluqların olduğunu qeyd etmək vacibdir. DANX-ın Əsasnaməsində bir çox vəzifələr sadalanır. Lakin bu vəzifələrin icrasının necə həyata keçirilməsi izah olunmur. Görünür, nəqliyyat müfəttişləri də bu boşluqlardan istifadə edərək sürücülərə qarşı kütləvi reydlər keçirir, hətta DYP-nin səlahiyyətlərinə şərik olurlar. Əslində, bu cür nəzarət mexanizmi DYP-nin səlahiyyətindədir və bunun üçün xüsusi reydlər keçirməyə də ehtiyac yoxdur. Bakıda sərnişindaşıma xidmətinə nəzarət edən Bakı Nəqliyyat Agentliyi fərqlənmə nişanlarının alınması ilə bağlı maarifləndirici aksiyalar keçirdiyi halda, bölgələrdə nəqliyyat müfəttişləri özbaşına reyd keçirib sürücüləri cərimələməklə məşğuldur. Onların son günlər daha da fəallaşması müxtəlif suallar yaradır…

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh