Nəqliyyatın Mübadilə Mərkəzinin yaradılmasının əhəmiyyəti böyükdür - EKSPERT RƏYİ

Yazarlar 2 May 2016 18:01 Oxunub 1757
Nəqliyyatın Mübadilə Mərkəzinin yaradılmasının əhəmiyyəti böyükdür - EKSPERT RƏYİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"İnsanlarımız belə vəziyyətə öyrəşmədiklərindən biraz qəribə yanaşırlar"

Bakı Nəqliyyat Agentliyi yarandığı gündən paytaxtın nəqliyyat sistemində kifayət qədər optimallaşdırma və təkmilləşdirmə işləri aparılıb. Bunu qurum rəsmiləri və görülən işlər də təsdiq edir. Həmçinin o da qeyd olunur ki, yeni yaradılan Nəqliyyatın Mübadilə Mərkəzin sırf xaotik sıxlığın qarşısının alınmasına, insanların rahat hərəkətinin təmin olunmasına, taksi-avtobus qarışıqlığının aradan qaldırılmasına yönəlib. Bakı Nəqliyyat Agentliyindən o da bildirilib ki, bu pilot layihə çərçivəsində digər sıxlığın müşahidə olunduğu nöqtələrdə də lövhələrin quraşdırılması planlaşdırılır. Bu barədə SİA-ya danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı belə bir təcrübənin dünyanın əksər ölkələrində olduğunu deyib: “Bizdə də bu işə başlanılması çox yaxşı oldu. İnsanlarımız belə vəziyyətə öyrəşmədiklərindən biraz qəribə yanaşırlar. Bəzi xırda nöqsanları çıxmaq şərtilə bu Mərkəzin işi yüksək qiymətləndirilməlidir”.

Ekspert qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin atdığı bu addım təqdirəlayiqdir: “İlk belə mərkəz “Koroğlu” metrostansiyası ətrafında yaradılıb. İnsanlarımız vaxtilə o qədər xaotik avtobus dayanacaqlarına, qışqır-bağıra öyrəşiblər ki, belə səliqəli yerləri görəndə çaşıb qalırlar. Agentliyin əməkdaşları və ASAN könüllüləri camaata yolu başa salır, yeni qaydaları izah edirlər. Çətin də olsa öyrəşəcəklər. Həqiqətən də çox səliqəli və intizamlı yerdir. Bakının başqa yerlərində də belə mərkəzlər yaradılmalıdır. Nəqliyyatı pərakəndə və özbaşına qoymaq olmaz. Bu iş sistemləşdirilməlidir. Düşünürəm ki, Qara Qarayev prospektində, Neftçilər metrostansiyası ətrafında, 28 Mayda bu cür mərkəzlər mütləq yaradılmalıdır. Orada da avtobusların xaotik hərəkəti müşahidə olunur və kənardan çox eybəcər görünür”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh