Nişan olsa da, piyada zolağı yoxdur - Şagirdlər TƏHLÜKƏDƏ - VİDEO

Balaca Rahilə kimi bir çox uşaq oxuduğu məktəbə getməkdə çətinlik çəkirlər. Səbəb ərazidə piyada zolağının olmamasıdır. Görüntülər paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindədir. Sözügedən küçədə 141 saylı məktəbin qarşısında piyda nişanı olsa da yolda zolaq yoxdur. Bu da bir çox sürücünü çaşdırır. Valideyinlərin sözlərinə görə, zolaq olmadığı üçün sürücülər məktəbə gedən uşaqlara yol vermirlər.
Sakinlərin sözlərinə görə, bir müddət əvvəl əraziyə piyada keçidini olduğunu bildirən nişanlar qoyulsa da, asfalta zolaq çəkilməyib. Bu da məktəb yolunda çətinliklərə səbəb olur. Ərazidə olduğumuz müddətdə də şahidi olduq ki, balaca məktəblilər həyatlarını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından qaçaraq yolu keçirlər. Böyük əksəriyyətini isə valideyinləri keçirir.
Bənzər vəziyyət paytaxtın Sabunçu rayonu Məmmədyarova küçəsində, yanaşı yerləşən 80 və 310 nömrəli məktəbin qarşısında da yaşanır. Burda nə keçidi bildirən nişan, nədə ki zolaq var. Şagirdlər yolu keçmək üçün böyük çətinlik çəkir.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, hər iki problemlə əlaqədar idarə əməkdaşları əraziyə baxış keçirəcəklər. Yaxın vaxtlarda yaranmış problem aradan qaldırılacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












