Oğlunun qəzası ilə gündəmə gələn iş adamı icra başçısının qardaşıdır?

Son günlər mətbuatda ölümlə nəticələnən avtomobil qəzasını törətmiş Ağaəli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı oğlu olması ilə bağlı məlumatlar yayılır. Avtosfer.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Musavat.com-a bildirilib ki, qəzanı törətmiş şəxsin, eləcə də onun atası, iş adamı Füzuli Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla heç bir qohumluq əlaqəsi yoxdur. Yəni soyadlar eyni olsa da, qeyd olunan şəxslərin nəinki qohumluq, tanışlıqları da yoxdur. Musavat.com onu da öyrənib ki, avto-qatilin atası Füzuli Fərəcov əslən Naxçıvandandır. Zakir Fərəcov isə kökəncə Laçındandır və onun Füzuli adlı qardaşı yoxdur. Füzuli Fərəcov bir vaxtlar qara metal alveri ilə məşğul olub və ciddi sərvət qazanıb. Bəzi media quruluşlarındakı dostlarımız iddia edirlər ki, onun guya Zakir Fərəcovun qardaşı olması barədə məlumatları mətbuata Füzulu Fərəcov özü ötürür. Bununla da özünün guya hakimiyyətdə ciddi arxa-dayağının olması təəssüratını yaradır. Mətbuatda guya “Kalyon” restoranının və başqa adları çəkilən obyektlərin Füzuli Fərəcova məxsus olması iddiası da yalandır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












