Ölkədəki qatarların yenilənməsinə ehtiyac var - VİDEO

Son vaxtlar ölkəyə müasir standartlara cavab verən, komfortlu qatarlar gətirilir. Sözsüz ki, bütün bunlar sərnişinlərin rahatlığına hesablanıb. Avtosfer.az xəbər verir ki, ans tv-nin məlumatına görə, dəmiryolu vağzalında əsaslı təmirə ehtiyacı olan kifayət qədər qatar var. Onların istismar müddəti, demək olar ki başa çatıb. Buna baxmayaraq, belə qatarlar hələ də daxili istiqamətlərdə xəttə buraxılır. Amma elə qatarlar da var ki, təmirə ehtiyacı olsa da, maliyyə olmadığından depoda paslanır.
Bu kimi qatarların sayı onlarladır. Təkcə ötən il 5 qatar yenilənərək xəttə buraxılıb. Bunlar Xaçmaz, Hacıqabul və İmişli rayonları istiqamətində hərəkət edən qatarlardır. Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə artıq bəzi qatarlar əsaslı təmir olunması üçün Ukraynanın Dnepropetrovsk şəhərinə göndərilib.
"30 sərnişin qatarının alınması istiqamətində danışıqlar gedir. Əlbəttə, yerli istiqamətdə də hərəkət edən qatarların vaqonları əsaslı təmirdən çıxmış vaqonlardır. Orada da bütün sərnişinlər üçün hər cür imkanlar yaradılıb", - deyə mətbuat xidmətinin rəhbəri bildirib.
Dəmiryol vağzalındakı əsaslı təmir işləri ilin sonunadək başa çatdırılacaq. Vağzal, platformalar, eləcə də qatarlar müasir standartlara uyğun qurulacaq.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












