Parkomatlarda qiymətlərin yüksək olması barədə – AÇIQLAMA

Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomatlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomatlarda qiymətlərin baha olması həmin parkomatlardan istifadə edən sürücülərin azlığına səbəb olur. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomatlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomatlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar: “Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da parkomatlarda qiymətlərin yüksək olması qənaətindədir. Ə.Hüseynov bildirib ki, bu gün Bakıda istər yeraltı, istərsə də yerüstü parkomatlarda qiymətlər müvafiq səviyyədə deyil: “Hər parkomatda müxtəlif qiymət mövcuddur. Parkomatlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomatlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomat, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











