Piyada keçidi sərt döngədə quraşdırılıb - Təhlükə var - VİDEO

Piyada keçidini bildirən nişan sərt döngədə quraşdırılıb. Görüntülər Sumqayıt şəhəri Heydər Əliyev prospektindəndir. Yoldakı sərt döngədə piyada keçidi salınıb. Nişan sərt döngədə və ağacların arasında quraşdırılıb. Bu da sürücülərin nişanı görmələrinə mane olur. Sürücülər piyada keçidinin sərt döngədə qoyulmasını düzgün hesab etmirlər. Bildirirlər ki, sürücü hansı sürət həddini seçməsindən asılı olmayaraq, həmin keçiddə təhlükə ilə üzləşə bilər. Bu səbəbdən də mövcud piyada keçidinin yerinin dəyişdirilməli olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, bəzi sürücülər ərazidə piyada keçidinin olmasından belə xəbərsizdir. Bu da qəza şəraitini qaçılmaz edir.
Sumqayıt şəhər "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsindən isə məsələyə münasibət bildirən olmadı.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












