Piyada zolağının olmaması sakinlər və turistlər üçün çətinliklər yaradır - VİDEO

Bakıda bir sıra geniş prospekt və küçələrdə piyada zolaqlarının olmaması ətrafda yaşayan insanlar, habelə şəhərdi gəzən turistlər üçün çətinliklər yaradır. Rəsmi statistikaya əsasən yol nəqliyyat hadisələrinin ümumi sayında piyadaların vurulması hadisələri artıb.
Təhlükəli ərazilərdən biri də Bakının mərkəzində, Neftçilər prospektinin sonu, Nobel prospektinin başlanğıcında yerləşir. Çoxzolaqlı, birtərəfli yolda piyada keçidinin olmaması səbəbindən qadınlar, uşaqlar, habelə ölkəmizdə səfərdə olan turistlər Dənizkənarı Bulvara keçmək üçün öz həyatlarını riskə atmalı olurlar.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a açıqlamasında bildirib ki, ümumilikdə piyada keçidinin yollarda təyin edilməsi ilə bağlı DYP əməkdaşları sənədləşmə işi aparır: “Əgər vətəndaşlar da hesab edir ki, onların yollarda hərəkəti ilə bağlı müəyyən çətinlik yaranıb və həmin ərazidə piyada zolaqlarının çəkilməsinə ehtiyac var, bu işlər bitdikdən sonra təyin olunan yerlərdə piyada zolaqları çəkilir”.
V.Əsədov bildirib ki, vətəndaşlar aidiyyəti üzrə dövlət yol polisi idarəsinə müraciət etməlidirlər. Onun sözlərinə görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında yol polisi əməkdaşları həmin əraziyə baxış keçirir və orada piyada zolaqlarının çəkilməsi üçün vəsatət qaldırılır. Qaldırılan vəsatət əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı əsasında həmin əraziyə piyada zolağı çəkilir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












