Piyadadan inanılmaz hərəkət – Hər gün keçiddən yox, altdan keçir - FOTO

Bakı-Sumqayıt yolunda yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksinin yanında (“Riyad” Ticarət Mərkəzinin qarşısında) intizamsız piyadaların fotosu sürücülərdən biri tərəfindən çəkilərək Avtosfer.az-a göndərilib.
Fotoşəkildən aydın görünür ki, yerüstü piyada keçidinin altında bir qadın ayağının altına taxta yeşik qoyub dəmir ara kəsmənin üstündən aşaraq yolu keçmək istəyir. Həmin qadına iki də nəfər kömək edir. Məlumata görə, həmin qadın qeyd etdiyimiz ərazidə yaşayır və hər gün yolu bu üsulla keçir. Həmin qadına kömək edənlər isə onun ailə üzvləridir. Səhər evdən çıxanda yeşiyi də götürüb yolu keçən qadın sonradan yeşiyi yol kənarında gizlədir. Axşam evə dönəndə isə evə zəng edib bu iki nəfəri çağırır ki, gəlib onu yoldan keçirsinlər.
Çox təəssüf ki, həmin piyadalar etdikləri hərəkətin hansı faciə ilə nəticələnəcəyini hələ dərk etmir. Onlar elə düşünür ki, yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən ehtiyat edərək keçdikdə heç bir şey ola bilməz. Amma bir şeyi anlamalıyıq ki, siz ehtiyat edən zaman hansısa sürücü ehtiyatını əldən verib qəza törədərsə, həmin yerdə həyatınızın da sonu ola bilər və hətda ailə üzvlərinizlə birgə! Görəsən, bu üç nəfərdən heç birinin ağlına gəlmirmi ki, başlarının üstündəki keçiddən istifadə etsələr daha rahat və təhlükəsiz olar?...
Təbriz
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













