Piyadaların təhlükəsizliyi üzrə yeni dövlət standartı qəbul ediləcək

Azərbaycanda "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının qəbulu gözlənilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.
Məlumata görə, AZSTAND-ın təsis etdiyi "Nəqliyyat və nəqliyyat infrastrukturu" üzrə standartlaşdırma Texniki Komitəsinin (AZSTAND/TK 43) növbəti onlayn iclası keçirilib.
İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, "Azərbaycan Dəmir Yolları" və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-lərin, Bakı Limanının nümayəndələri iştirak ediblər.
İclas çərçivəsində AZSTAND/TK 43-ün 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq hazırlanmış AZS 993 "Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər" dövlət standartının layihəsi müzakirə olunub.
Layihənin dövlət standartı kimi qəbul edilməsi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.
"Nəqliyyat və nəqliyyat infrastrukturu" üzrə standartlaşdırma Texniki Komitəsi (AZSTAND/TK 43) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində yaradılıb.
Komitə nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində minimum təhlükəsizlik-keyfiyyət tələblərinin formalaşdırılması, gəmiqayırma, aviasiya və dəmir yolu üzrə standartlaşdırmanın müasir tələblərə uyğunlaşdırılması, eləcə də sahə üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarının normativ bazasının yaradılması məqsədilə fəaliyyət göstərir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










