Piyadanı vursa ayağını qıracaq – "Ağıllı sürücü"nün qorxunc əməli - FOTO

Gördüyünüz "VAZ-2105" markalı 55-BD-547 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobildə bir çox təhlükə doğuran və lazımsız dəyişikliklər edib. Avtosfer.az xəbər verir ki, bu sürücü zavod tərəfindən quraşdırılan bamperi çıxararaq yerinə iti uclu və təhlükəli dəmir parçası yerləşdirib.
İlk olaraq onu qeyd edək ki, fəaliyyət göstərən avtomobil zavodları qəza risklərini nəzərə alaraq avtomobili elə düzəldirlər ki, yol nəqliyyat hadisəsi zamanı maddi zərər və ölüm halları az olsun. Misal üçün müasir avtomobillərin bamperlərinə nəzər salsaq görərik ki onlar köhnə avtomobillərdən fərqli olaraq daha yumşaq materialdan hazırlanır və elə düzəldilir ki, həmin bamper toqquşma zamanı amortizasiya yaradır. Bu da qəza zamanı zərərin az dəyməsi ilə nəticələnir.
Amma gördüyünüz bu sürücü özündən kəşf etdiyi bamperlə hansısa bir piyadanı asta sürətlə vursa piyada ən yaxşı halda şikəst qalacaq. Çünki iti uclu bamper vurulan piyadanın ayağını qıracaq.
Bu avtomobilin banında yük daşımaq nəzərdə tutulmasa da sürücü kustar üsulla hazırlanmış qurğu yerləşdirib. Daha sonra avtomobilin arxasına spoiler və yan qapıların altına isə uzun boruya bənzər dəmir parçası yerləşdirib. Bir sözlə, bu sürücü avtomobilini təhlükəli oyuncağa çevirib.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














