Piyadavurmaya qarşı belə rəsmlərdən istifadə oluna bilərmi? - FOTO
Yazarlar
16 Yanvar 2018 12:40

Elməddin Muradlı: "Yol hərəkətinin təşkilində bu cür fərqli yanaşmaları ilk dəfə yaponlar tətbiq edib"
"Dünya təcrübəsində yol hərəkəti qaydalarına tətbiq edilən kreativ ideyaları ölkəmizdə reallaşdırmaq tezdir”. Bunu sherg.az-a xarici ölkələrdə piyadaların vurulmasının, yüksək sürət həddinin qarşısının alınması məqsədilə 3D rəsmlərdən istifadə olunmasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. O vurğulayıb ki, sürücülərin düşüncəsini dəyişməsək, bu cür kreativ ideyaları tətbiq etmək fayda verməyəcək:
"Artıq qonşu Gürcüstanda və Türkiyədə 3D rəsmlərdən istifadə olunur. Yol hərəkəti qaydalarının təşkilində bu cür fərqli yanaşmaları ilk dəfə yaponlar tətbiq edib. Səsli, lazerli işıqforlarla başlayan ənənə 3D rəsmlərə qədər gəlib çıxıb. 3D rəsmlərin çəkilməsi böyük maliyyə də tələb etmir, bunu bacaran könüllülərin sayəsində də həyata keçirmək olar.Lakin insanların təfəkkürünü dəyişməyənə qədər bu vasitələr sürücülərə çox az təsir edəcək. Çünki yol hərəkəti təhlükəsizliyi ilk olaraq, insanın özündən, cəmiyyətə münasibətindən başlayır. Bizim insanlar isə özünü, bahalı maşınını düşünür, hadisə baş verdikdə isə hər şeyi dərk etsə də, gec olur. Məsələn, məmur uşaqları öz bahalı maşını, pulu, yaxınlarının vəzifəsi ilə öyünür, düşünür ki, ona heç nə olmayacaq. Amma nəticə fərqlidir. Onların valideynlərinə də problem yaranır, cəmiyyətdə nüfuzu itir, həbsə düşürlər və s. Maşın nə qədər baha olsa da, idarə edən şəxsin "kimliyini” bir saniyədə göstərir”.


Oxunub : 1741
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










