Polis ərazidən uzaqlaşan kimi dayanacaqlarda nə baş verir?

Azərbaycanda nəqliyyat sistemində mövcud problemlərdən biri taksilərin və şəxsi avtomobillərin avtobus dayanacaqlarında saxlamasıdır. Bu, sərnişinlərə və avtobusların hərəkətinə mane olur, süni sıxlığın yaranmasına gətirib çıxarır. Mütəmadi olaraq bu cür hallarla bağlı yol polisi tərəfindən tədbirlər görülsə də, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, avtomobillərin avtobus dayanacağında saxlaması ilk növbədə yol hərəkəti qaydasının kobud şəkildə pozulmasıdır: “Sözsüz ki, bu hərəkət inzibati xətadır. Ancaq hesab edirəm ki, bu eyni zamanda həmin ərazidə piyadaların hüquqlarının pozulmasıdır, ictimaiyyətə hörmətsizlikdir. Ərazidə polis əməkdaşı xidmət aparanda hər şey qaydasında olur, ərazidən polis əməkdaşı uzaqlaşırsa və ərazi qısa müddətdə nəzarətsiz qalırsa, taksi sürücüləri bundan istifadə edib yenə də avtobus dayanacağında dururlar”.
V.Əsədov bildirib ki, burada məsələ təkcə yol polisinin fəaliyyəti ilə həll olunmur: “Bu məsələyə təkcə yol polisi yox, cəmiyyət də reaksiya verməlidir. Bunu həm sürücü, həm paytaxt sakini, həm də yol polisi əməkdaşı kimi deyirəm. Burada iş yol polisinin inzibati protokol tərtib etməsi ilə yekunlaşmır. Avtobus dayanacağı hər kəsin mütəmadi istifadə etdiyi, hərəkətin intensiv olduğu yerdir, bir nöqtədən digər nöqtəyə hərəkət etmək üçün yaradılmış marşrut nöqtəsidir. Kiminsə buranı avtomobili ilə tutması doğru deyil. Bu hallara qarşı ancaq yol polisi mübarizə aparmamalıdır. Bakı şəhərində minə yaxın avtobus dayanacağı var. Hər avtobus dayanacağında əməkdaşları dayanmalıdır?”
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da hesab edir ki, məsələnin həllində vətəndaşların da rolu olmalıdır. Ə.Hüseynov trend-ə bildirib ki, ilk növbədə sürücülərdə yol hərəkəti mədəniyyəti olmalıdır: “”20 Yanvar” metrostansiyasının yaxınlığında yol polis əməkdaşları taksi sürücülərinin bu cür hərəkətinin qarşısını almaq üçün 6 aydır ki, ciddi iş aparırlar. Amma polis ərazidən çəkilən kimi taksilər yenə öz fəaliyyətlərinə davam edirlər”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










