Polis yol qəzası törədən şəxsi "isti izlər"lə yaxaladı

İyunun 22-də saat 23 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Pirallahı rayonunun Dübəndi bağlar massivindəki dayanacaqlardan birinin yaxınlığında bir nəfərin maşınla vurulması nəticəsində xəsarət alması barədə məlumat daxil olub. Məlumat aidiyyatı üzrə Pirallahı Rayon Polis Şöbəsinə ünvanlanıb. Dərhal hadisə yerinə gələn RPŞ əməkdaşları hadisə yerini müayinə edib, yaralının təcili xəstəxanaya çatdırılması təmin olunub və vaxtında yardım göstərildiyindən onun həyatı üçün təhlükə aradan qalxıb.
DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə həmin vaxt oradan keçən bir neçə maşın müəyyən edilib. Əməliyyat yolu ilə əldə edilən məlumatlarla həmin maşınlardan "Mercedes" markalı yük avtomobili daha çox şübhə doğurduğundan onun tapılması üçün axtarışlara başlanılıb.
Pirallahı RPŞ DYPB-nin əməkdaşları tərəfindən həmin maşının Xəzər rayonunun Zirə qəsəbəsində olduğu müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes-Benz-Atego" markalı yük maşınını idarə edən Masallı rayon sakini Ramin Şahbazov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Kriminalistlik ekspertiza hadisə yerindən götürülmüş maddi sübutların həmin avtomobilin sınmış şüşələri və əzilmiş hissələri ilə eyniyyət təşkil etdiyini aşkara çıxarıb.
Pirallahı Rayon Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












