Prezidentin "NAZ-Lifan"a keçmək tövsiyyəsinə hansı nazirlik əməl edib?

Yazarlar 2 Oktyabr 2016 22:31 Oxunub 2096
Prezidentin "NAZ-Lifan"a keçmək tövsiyyəsinə hansı nazirlik əməl edib?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sosial Müdafiəsi Nazirliyi Naxçıvan zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır

Azərbaycan prezidenti İlham Əliyevin bu ilin yanvarın sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra nazirlik və dövlət idarələri o avtomobillərdən fəal şəkildə istifadə etməyə başlayıb. Bəs hazırda bu sahədə real nəticə nədən ibarətdir? "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın "NAZ-Lifan" zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır, digər məqsədlər üçün deyil" — deyə Sputnik-ə nazirliyin şöbə müdiri Elman Babayev bildirib. O qeyd edib ki, nazirlik "NAZ-Lifan" avtomobillərinin kütləvi alışı və yayılmasında vacib rol oynayır: "Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi çərçivəsində maşınlar məhz Naxçıvan avtomobil zavodundan alınır. Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına uyğun olaraq son iki ildə 1933 avtomobil alınaraq müharibə əlillərinin istifadəsinə verilib". E. Babayev əlavə edib ki, cari ildə də "NAZ-Lifan" avtomobillərinin alınması nəzərdə tutulur. Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd Naxçıvan avtomobil zavodunun istehsalı olan minik avtomobil alıb. Bu barədə Sputnik-ə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib. Energetika Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, ümumilikdə nazirliyin avtomobil parkı böyük deyil və son illərdə yenilənməyib. Bu səbəbdən də nazirliyin xidməti avtomobilləri arasında "Naz-Lifan" yoxdur. Sputnik-in xidməti avtomobillərlə bağlı sorğusuna cavab olaraq Vergilər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, onlar əsasən 2012-ci ildə alınmış avtomobillərdən istifadə edirlər. Bu avtomobillər isə "Toyota Camry" və "Honda Accord", həmçinin daha əvvəl alınmış "Daewoo Nexia", "KİA Optima", "QAZ-31", "Mitsubitsi", "Chevrolet Niva", "UAZ-3163-10" markalı minik avtomobilləridir. "Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün "Fiat Doblo" markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil alınması üçün vəsait ayrılsa, onda "NAZ-Lifan" markalı maşınların alınması məsələsinə baxılacaq", — VN-in mətbuat xidmətindən bildirilib. Azərbaycanda nazirlik və dövlət idarələrinə avtomobillərin alınmasını Nazirlər Kabineti tənzimləyir. Neftin qiymətinin qəflətən aşağı düşməsi və valyuta resurslarının sürətlə azalması fonunda avtomobil parkının yenilənməsinə vəsaitlərin ayrılacağını gözləməyə dəyməz. Amma dövlətin təcili ehtiyacı yarandığı halda Naxçıvanda istehsal olunan "NAZ-Lifan"a müraciət etmək mümkündür. Çünki onun qiyməti Qərb və Yaponiya istehsalçılarının aparıcı avtomobil şirkətlərinin istehsal etdiyi maşınlardan bir az ucuzdur. Hər halda "NAZ-Lifan"ın qiyməti bizim yüksək vəzifəli məmurlarımızın istifadə etməyi xoşladığı "Mersedes" və "BMW"yə nisbətən aşağıdır. Kimsə azərbaycanlı məmurların hətta "NAZ-Lifan"ının belə, olmadığı barədə mübahisə də edə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh