Protokolu necə ləğv etdirmək olar? - Sürücülərin diqqətinə - VİDEO

Bəzən sürücülər hansısa qayda pozuntusuna görə barələrində tərtib edilmiş protokolla razılaşmırlar. Onlar özlərini haqlı hesab edirlərsə, onda şikayət və iradlarını qeyd edərək protokolun icraatına xitam verilməsina nail ola bilərlər. Avtosfer.az xəbər verir ki, əgər sürücü tərtib edilmiş protokolla razı deyilsə, o zaman bu haqda protokolun 1-ci bəndində qeyd aparmalıdırlar. Həmin protokolda “razı deyiləm” ifadəsini yazmaq da kifayətdir.
Bundan sonra protokolun 2-ci bəndində sürücünün razılaşmadığı işə nə zaman baxılacağı haqqında qeyd var. Həmin bəndi oxumaq lazımdır.
Protokolun 3-cü bəndinə imza atmaqla sürücü narazı olduğu işə nə zaman baxılacağı haqqında məlumatlı olduğunu qəbul edir.
4-cü nöqtədə, əgər sürücünin əlavə sübutları, eləcə də videogörüntüləri varsa onlar təqdim edilməlidir.
5-ci nöqtədə sürücü ondan alınmış sənədlərin geri qaytarılmasına imza atmalıdır. Belə ki, sürücü qayda pozuntusu ilə razılaşmasa belə, sənədlər ona qaytarılmalıdır.
Əgər sürücü qayda pozuntusu ilə razıdırsa, onda protokolda cərimə məbləği qeyd edilir. Narazılıq varsa onda həmin qrafa boş saxlanılmalıdır. Orda hansısa məbləğ qeyd edilibsə, protokol etibarsız sayılır. Sürücülər mütləq narazı qaldıqları protokolu özləri ilə götürməlidirlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












