"Pul da veririk, hələ ciyərlərimizə zəhər də çəkirik"

Paytaxtın ictimai nəqliyyatında özəl daşıyıcılar tərəfindən xəttə buraxılan sərnişin avtobuslarının bəzilərinin texniki cəhətdan nasaz və istismara yararsız olduğu barədə kifayət qədər danışılıb. Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yarandıqdan sonra bu sahədə müəyyən işlər görülməsinə və marşrut xətlərinin sahiblərinə xəbərdarlıq edilməsinə baxmayaraq, ciddi nöqsanlar və çatışmazlıq hələ də qalır. Bu isə sərnişinlərdə haqlı narazılıq doğurur.
Avtofser.az xəbər verir ki, bu barədə milli.az-a avtobuslarla bağlı ünvanlanan növbəti şikayətlərdən birində deyilir: "Sizə istismara yararsız avtobuslardan yazmaq istəyirəm. Kimə müraciət edəcəyimizi bilmirik. Bakıda 15, 30, 36 saylı marsrutlardan mütəmadi olaraq istifadə edirəm. Amma bu marşrutlarda fəaliyyət göstərən avtobusların əksəriyyəti istismara yararsızdır. 30 saylı marşturun avtobusları dəfələrlə yolda xarab olur qalıb. Elə "15" də, "36" da ondan geri qalmir. "36"dakı avtobusların salonundan benzin iyi gəlir. Əksəriyyətində iy əlindən oturmaq mumkun deyil. Pul da veririk, hələ bir ciyərlərimizə zəhər də çəkirik. Yalandan üzünə "kraska" vurub xəttə buraxırlar".
Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, belə şikayətlər həddən artıq çoxdur: "Onlar araşdırılır və mütləq müvafiq tədbirlər görüləcək. Zatən BNA yarandığı gündən daşıyıcılar üzərinə onların öhdəlikləri ilə bağlı sərt tələbləri qoyub və onların icrası ilə bağlı Agentliyin əməkdaşları tərəfindən mütəmadi çox geniş monitorinqlər həyata keçirilir. Biz də bu çatışmazlıqlar barədə məlumatlıyıq. Sərnişinlər də anlamalıdırlar ki, illərlə yığılıb qalan problemləri bir gündə həll etmək mümkün deyil. Təbii ki, bütün bu problemlər yaxın zamanlarda həllini tapacaq, amma mərhələli şəkildə, tədricən..."
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












