Pul qazanmaq üçün həbsə düşməyə hazır olan sürücülər - VİDEO

İstər yük, istərsə də minik avtomobilinə normadan artıq yükün yığılması böyük təhlükədir. Çünki adi diqqətsizlik ağır qəzalara səbəb ola bilər. Votsap nömrəmizə nəzərdə tutulduğundan dəfələrlə artıq yükdaşıma ilə bağlı bir neçə video göndərilib. Görünən odur ki, bununla bağlı edilən xəbərdarlıqlara baxmayaraq sürücülər yenə də məsuliyyətsizliyə yola verirlər. Avtosfer.az xəbər verir ki, bu görüntülərdə yük maşınına normadan artıq lazımsız metal tullantılar doldurulub. Ən üstə deformasiyaya uğramış minik maşınının hissələri qoyulub. Amma sözügedən hissənin bərkidilməməsi açıq-aydın görünür. Qəfildən əyləc basılsa, metal tullantı yola düşərək qəza riski yarada bilər.
Votsap nömrəmizə göndərilən başqa kadrlarda isə minik maşınına nəzərdə tutulduğundan çox yük yığıldığı görünür. Avtomobilin baqajı ilə yanaşı damında da xeyli yük var. Belə vəziyyətdə adi diqqətsizlik ağır qəzaya səbəb ola bilər. Görüntülər xüsusilə bölgələrdə avtomobillər vasitəsilə yükdaşıma qaydalarına əməl edilməsinin vacibliyini aktuallaşdırır. Qanunverciliyə əsasən yükdaşıma qaydalarının pozulmasına görə sürücü 40 manat miqdarında cərimə edilməldir.
Bəzi ekspertlər hesab edirlər ki, təhlükənin miqyası ilə cərimənin məbləği tərs mütənasibdir. Mütəxəssislər buna görə cərimələrin miqadarının artırılmasının tərəfdarıdırlar. Onlar hesab edir ki, yüksək cərimə sürücüləri belə məsuliyyətsizlikdən uzaqlaşdıra bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












