Pullu yolla Lənkərana getmək 7 manata başa gələcək

Xəbər verdiyimiz kimi, “Azəravtoyol” ASC Ələt-Astara magistral yolunun pullu olması ilə bağlı təkliflər hazırlayıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun təklifinə əsasən bu yolda hər km-ə görə minik avtomobilləri üçün 4 qəpik, yük avtomobilləri üçün isə 7 qəpik qiymət müəyyənləşdirilib. “Azəravtoyol”un təklifi qəbul olunarsa, o zaman Bakıdan Lənkərana gedən minik maşınlarının sürücüləri bir istiqamət üçün 7 manat, yük maşınlarının sürücüləri isə 12 manat ödəniş etməlidirlər.
Qurumun təklif etdiyi rəqəmlərlə bağlı “Qafqazinfo”ya açıqlama verən ekspert Ərşad Hüseynov rəqəmin çox da böyük olmadığını vurğulayıb: “Həmin yolda və ya ona bənzər digər yollarda sürücülərin, orta əhalinin maddi imkanını düşünsək, məbləği normal hesab etmək olar. Təbii ki, bu pullu yolun alternativi də olmalıdır. Ümumiyyətlə isə, pulsuz alternativi olmayan yol pullu ola bilməz. Eyni zamanda alternativ yol da yüksək göstəricilərə malik olmalıdır. Kim istəyirsə, pullu yoldan getsin. Pul vermək istəməyən də bir az artıq vaxt və yanacaq itirməklə pulsuz yoldan istifadə edə bilər”.
“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, hazırda tikintisi gedən yolun uzunluğu 174 km-dir: “Ödəniş məsələsi yolun pullu olması dəqiqləşəndən sonra müəyyən ediləcək. Yəni km-ə, yoxsa ümumi yola görə qiymət müəyyən edilib edilməyəcəyi dəqiqləşəcək. Bundan əlavə, hələ yolun ümumiyyətlə pullu olub olmayacağı dəqiq deyil. Yolun pullu ola biləcəyi ilə bağlı təklifi Nazirlər Kabinetinə göndərmişik. Təklif qəbul olunsa ödəniş və digər məsələlər öz həllini tapacaq”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












