Qaçqınlara gətirilən hədiyyələri kimlər və necə "ƏRİTDİLƏR"?

Binəqədidə "avtomobil qəbiristanlığı" var. Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, onlarla avtomobilin saxlandığı bu yerdə avtomobillər istinin, küləyin təsirindən aşınıb, yararsız hala düşüb. Deyilər ki, "Eurovision-2012" də Azərbaycana gələn almanlar, bu köhnə avtomobilləri ölkəmizə bağışlayıblar. Bağışlayıblar ki, guya qaçqın və məcburi köçkünlərə hədiyyə edilsin.

Deyilənə görə, "Eurovision-2012" də Bakıya gələn almanlar, bu köhnə avtomobilləri yerli camaata bağışlayıblar
İlkin sayı 355-dən çox olduğu deyilən avtomobillərdən, indi bu qəbiristanlıqda 20-30 ədədi qalıb. Onlar da bərbad vəziyyətdə. Deyirlər ki, guya vaxtilə burada mühafizəçi olub, avtomobillərə nəzarət edib. İndi avtomobil qəbirsitanlığının qapısında tikilmiş kiçik mühafizəçi otağı da qıfıllıdır. Görünür, daha avtomobillərin yararlı hissələri qalmayıb. Ya yağışdan, küləkdən, istidən aşınıb sıradan çıxıb, ya da satılaraq aradan çıxarılıb. Qeyd edək ki, avtomobilləri qaçqınlara bağışlayan almanlar, xeyriyyə aksiyasının iştirakçıları olublar. Onlar Azərbaycana "Eurovision-2012" ərəfəsində gəlmişdilər. Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Bakıya doğru hərəkət edən "Allgeau-Orient" adlı avtoralliyə, 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulubmuş. Sonradan onlar bütün avtomobilləri qaçqınlara bağışlayaraq özləri geri qayıdıblar.

Yerli sakinlər deyir ki, avtomobillərin bəzisi buraya evakuatorlarla, bəziləri isə xüsusi geyimdə olan şəxslər tərəfindən gətirilib
Ötən gün yolum Binəqədi qəsəbəsinə düşmüşdü. Məqsədim illərlə təmir edilməyən, tez-tez bağlanıb-açılan Binəqədi yolunun son vəziyyəti ilə maraqlanıb, reportaj hazırlamaq idi. Ərazidən keçəndə, yolun kənarında dəmir barmaqlar arxasında "həbs edilmiş" avtomobillər gözümə sataşdı. Yaxınlaşıb əvvəlcə mühafizəçi otağına baxdım, qapısı qıfıllı idi. Yaxınlıqdakı mağazalardan orada artıq heç kim olmadığını bildirdilər. Bir neçə foto çəkib uzaqlaşmaq istəyirdim ki, yaşlı bir kişi mənə yaxınlaşıb kim olduğumu soruşdu. Jurnalist olduğumu biləndə dedi ki, yaxınlıqda yaşayır. Şəkil çəkməyim onun diqqətini çəkdiyi üçün yaxınlaşıb.

Burada vaxtilə hətta mühafizəçi belə olub
Əlövsət Məmmədov deyir ki, 40 ildən çoxdur Binəqədidə yaşayır. Binəqədinin hər gününün canlı şahididir. Elə avtomobillərin bura necə gətirildiyinə də şahid olub. Sözlərinə görə, "avtomobil qəbiristanlığında" olan avtomobillərin bəzisi evakuatorlarla, bəziləri isə xüsusi geyimdə olan şəxslər tərəfindən gətirilib. "Əvvəl bura avtomobillə dolu idi. Hamısı təzə görünsə də, bilinirdi ki, köhnə maşınlardır. Ən azı 20 ilin avtomobilləridir. Gətirib yığdılar. Bir mühafizəçi də qoydular ki, kimsə yaxın durmasın. Sonra da elə özləri yavaş-yavaş daşıyıb "əritdilər". İndi 20-30 köhnə sınıq-salxaq avtomobil qalıb. Görünür, onların da salamat hissələrini götürüb aparıblar. Daha nəzarətçi də yoxdur" - sakin danışır. Ə.Məmmədov bildirir ki, Prezidentin də qərarı olub ki, bu avtomobillər qaçqın-köçkün ailələrinə verilsin: "Amma görünən odur ki, verilməyib. Kimlərsə bu avtomobilləri özləri öz aralarında həll ediblər. Qaçqınlara verilməməsinin səbəbi kimi isə, həmin avtomobillərin sənədsiz, yararsız olmasını göstərirdilər. Vallah, bildiyim budur ki, indi 5-10 avtomobil var. Amma görünür, yarasızdır ki, heç kim nəzarət etmir". Məsələ ilə bağlı "Qaçqınkom"un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elçin Qədimovla əlaqə saxldıq. Cənab Qədimov bu mövzunun onlarla heç bir əlaqəsinin olmadığını bildirdi.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











