Qanun sürücülərin xeyrinə dəyişəcək - Ekspert nələr açıqladı? - VİDEO

Son bir neçə həftədə ən çox müzakirələrə səbəb olan cərimə ləğv edilir. Söhbət nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştiraka görə nəzərdə tutulan 40 manat cərimədən gedir. Bu maddənin İnzibati Xətalar Məcəlləsindən çıxarılması təklif edilir. Məcəlləyə ediləcək digər dəyişikliyə əsasən, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icazə olmadan təmirinə görə nəzərdə tutulan cərimə də ləğv edilir. Ekspertlər isə banı zədələnmiş nəqliyyat vasitəsini təmir edənlərə diqqətli olmağı tövsiyyə edirlər.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən təklifə əsasən qanunun 342.1.2 maddəsi çıxarılır. Bu maddəyə görə nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə 40 manat məbləğində cərimə tətbiq edilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bunu doğru addım hesab edir
İnzibati Xətalar Məcəlləsinə ediləcək digər dəyişiklik isə banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirinə görə 250 manat cərimə cəzasının ləğv edilməsidir. Ekspert deyir ki, bu cəza da əksər hallarda tətbiq edilmirdi. bununla belə ekspert Ərşad Hüseynov bu məsələdə sürücülərə, xüsusilə də nəqliyyat vasitəsini təmir edənlərə diqqətli olmağı tövsiyyə edir.
Ərşad Hüseynov deyir ki, cinayət xarakteri daşımayan qəzalar zamanı təmir üçün tələb edilən arayışın verilmə proseduru sadələşdirilsə daha yaxşı olar. Yəni əgər söhbət yüngül qəzadan gedirsə, elə yerindəcə arayışın verilməsi proseduru tətbiq edilərsə bu, sürücülərin işini yüngülləşdirər və əlavə vaxt itkisinin qarşısını ala bilər. Layihə Milli Məclisin noyabrın 14-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












