Qarlı küçələrdə qadınları kim işlədir? - FOTOLAR

Hər il ölkəyə qar yağanda təkrarlanan problemlərdən biri də yaşlı qadınların küçələri təmizləməsidir. Bu il də Bakının müxtəlif yerlərində qar təmizləyən xanımların fotoları sosial şəbəkədə paylaşılaraq müzakirələrə səbəb oldu. “Qafqazinfo” xəbər verir ki, istifadəçilər şaxtalı havada qadınları işlətdiyinə görə əsas 2 qurumu ittiham ediblər: "Azəryolservis" ASC və Şəhər İcra Hakimiyyətləri. Hər iki qurumun nümayəndələri çıxışlarında qış fəslinə kifayət qədər texnika, maşın-mexanizmlərinin ayrıldığını bildirsə də, görüntülər isə...

Paytaxt ərazisində yolların qardan təmizlənməsinə qadınların cəlb edilməsi ilə bağlı iddialara ilk cavab verən "Azəryolservis" olub. Qurumun mətbuat katibi Anar Nəcəfli “Azəryolservis” işçi qüvvəsi kimi qadınlardan istifadə etmədiyini bəyan edib:
“Bəzi xəbər saytları yolları qardan təmizləyən qadınların şəkillərini paylaşaraq heç bir aydınlaşdırma aparmadan nədənsə "Azəryolservis" ASC-nin yolların qardan təmizlənməsi üçün ayrılan texnika, maşın-mexanizmlərin sayı ilə bağlı yaydığı statistik məlumatları müqayisə edirlər. Bir daha deyirəm ki, "Azəryolservis" ASC-nin balansında olduğu yolların qardan təmizlənməsi üçün kifayət qədər texnikası və kişi işçisi var. Yolların qardan təmizlənməsi üçün "Azəryolservis" ASC işçi qüvvəsi olaraq qadınlardan istifadə etmir!”
Sözügedən qadınlar qar tamizləyən zaman fəaliyyət göstərdikləri MTK-nın adı yazılmış gödəkcələri geyinir. MTK-lar isə bu barədə danışmaq istəmədilər.
Günel Hacı


"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










