Qayda pozan piyadaların həbs olunması təklifinə MÜNASİBƏT

Hərəkət hissələrini ayıran məhəccərin üstündən keçənləri həbs gözləyir. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur. Təkliflərin gələn il Milli Məclisə təqdim ediləcəyi gözlənilir. Maraq doğuran təkliflərdən biri yol hərəkəti qaydalarını pozan piyadalarla bağlıdır. Belə ki, yolda hərəkət hissələrini ayıran məhəccərin üstündən keçən piyadaların 15 günədək inzibati qaydada həbs olunması təklif olunur. Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərində tullanaraq yolu keçən piyadaların həxsiyyəti nəzərə alınmaqla 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması təklifinin zərurətdən irəli gəldiyi bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qaynarinfo.az-a açıqlamasında bildirdi ki, təklif icraata götürülərsə, çətin olacaq:
"Hələ ki, bu bir təklifdir. Bu günə qədər yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərində tullanaraq yolu keçən piyadalar 20 manat cərimə edilirdi. Ancaq indi həbs nəzərdə tutulsa, vəziyyət yaxşıya doğru dəyişməyəcək. Əksinə bu ciddi problemlərə yol açacaq. Təsəvvür edin ki, dövlət yol polisi əməkdaşı piyadanı bu vəziyyətdə saxlayır. Şəxsiyyətini müəyyənləşdirmək üçün polis idarəsinə aparılır, protokol tərtib olunur və daha sonra məhkəməyə göndərilir və sair. Yəni bu çıxış yolu deyil. Sadəcə olaraq, bir halda bu təklifi dəstəkləmək olar ki, bizim cəmiyyətə müəyyən müddətə də olsa, qorxu yaransın ki, bunu etsən, həbs edilə bilərsən. Bu elə bir qayda pozuntusudur ki, "görmədim, bilmədim" - demək olmur. Bu kobud qanun pozuntusudur. Amma yenə deyirəm ki, bu təklif qəbul olunarsa, icra edilməsi çətin olacaq".
Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı 4 maddə üzrə məsuliyyət nəzərdə tutulur. Onların da hər birinin cəriməsi 20 manatdan ibarətdir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










