Qəza törədib qaçan sürücülər kameradan gizlənə bilmədi - HƏBS

Polis əməkdaşlarının təxirəsalınmaz tədbirləri ilə noyabrın 25-də və 26-da paytaxtın Yasamal və Suraxanı rayonları ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücülər müəyyən edilərək istintaqa təhvil veriliblər. Belə ki, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyən edilib. 29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.
Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.
Araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub.
Suraxanı RPİ və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Peugeot” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb.
Hər iki faktla araşdırma aparılır.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










