Qəza zamanı sığorta ödənişi təkcə avtomobillər üçün deyil - VİDEO

Avtoqəza zamanı icbari sığortanın ödənilməsi təkcə avtomobillər üçün nəzərdə tutulmayıb. Mülkə və ya hər hansı bir şəxsin sağlamlığına da zərər dəyərsə, bu zaman onlara da sığorta kompensasiyası ödənilməlidir. Bu kompensasiyanı əldə etmək üçün isə müvafiq sığorta şirkətinə müraciət etmək lazımdır. Əslində isə avtoqəza zamanı mülkə və ya sağlamlığa dəyən zərərə görə sığorta ödənişi də həyata keçirilməlidir.Bu, hadisəni törədən avtomobili icbari qaydada sığortalayan şirkət tərəfindən ödənilir. Zərərçəkən və ya ölən piyadaya, eləcə də sürücünün ailə üzvlərindən başqa bütün sərnişinlərə də nəzərdə tutulan məbləğ sığorta şirkəti tərəfindən ödənilməlidir.
Ölüm halına görə isə 5 min manat məbləğində sığorta kompensasiyası ödənilməlidir. Bunun üçün hadisə barədə müvafiq sığorta şirkətinə müraciət etmək və tələb olunan sənədləri təqdim etmək lazımdır.
Hadisəni törədən şəxsin idarə etdiyi avtomobil icbari qaydada sığortalanmadıqda, eləcə də naməlum və ya oğurluq maşın olduqda isə kompensasiya İcbari Slğorta Bürosu tərəfindən ödənilir.
Zərərçəkən şəxslər kompensasiyasını əldə etmək üçün hadisə baş verən gündən 10 il müddətinədək sığorta şirkıətinə müraciət edə bilərlər. Fırıldaqçılıq və aldatma hallarının baş verməməsi üçün mütəxəssislər məsləhət görür ki, sığorta şirkətlərinə zərərçəkənlərin hər hansı bir nümayəndəsi yox, şəxsən özləri müraciət etsinlər.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










