Qəzaya düşən sürücünün bir qolu yox imiş - DƏHŞƏT

Yazarlar 22 Noyabr 2016 15:54 Oxunub 2518
Qəzaya düşən sürücünün bir qolu yox imiş - DƏHŞƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin sağlamlığı ilə bağlı yeni təkliflər əslində nəyi dəyişəcək?

"Azərbaycanda sürücülük vəsiqəsi əldə etdikdən sonra müəyyən xəstəlikləri aşkarlanan sürücülər haqqında məlumatların yol polis idarələrinə ötürülməsi, yaxud da sürücülərin dövrü olaraq tibbi müayinədən keçmələri ilə bağlı maddə əvvəldən "Yol hərəkəti haqqında” qanunda var”. Bu sözləri Bakipost.az-a açıqlamasında yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov sürücülərin dövrü olaraq tibbi müayinədən keçmələrini nəzərdə tutan təkliflər paketini şərh edərkən deyib. Onun sözlərinə görə, belə bir qanunun mexanizmi Sovet dövründə daha dəqiq olub: "Bu məsələ bizdə çoxdan var. Hətta Sovet dövründə belə bir qanun olub, elə indi də var. Belə ki, sürücülərin sağlamlığında sürücülüyə təsir edən nəsə aşkar edəndə tibb müəssisləri həmin məlumatları Daxili İşlər Nazirliyinə ötürməlidir. Lakin onun mexanizmi yoxdur. Sovet dövründə isə bu mexanizm daha dəqiq olub. Məsələn, o vaxt yol polisi sürücünü saxlayan zaman onun sağlamlığının sürücülük üçün yarasız olduğunu açıq-aşkar görəndə dərhal onu məcburi tibbi müayinəyə göndərirdilər. Sürücüyə bir həftə vaxt verirdilər. Əgər sürücü sağlamlıq haqda arayış gətirməsəydi, onun sürücülük hüququ məhdudlaşdırılırdı. Bu praktika dünyanın əksər ölkələrində var. Özü də çox yaxşı təcrübədir. Çünki insanların sağlamlığı mühümdür. Bir insan 10 il ərzində gözünün birini və ya əlinin birini itirdiyi zaman necə maşın sürə bilər? Bu cür insanlar haqda məlumat mütləq Daxili İşlər Nazirliyinə getməlidir və həmin adamın sürücülük hüququ məhdudlaşdırılmalıdır. Bu onun sağlamlığına qovuşduğu vaxta kimi davam edə bilər. Amma əlinin birini itirən şəxs sürücülüklə vidalaşıb özünə başqa iş tapmalıdır”.

Ərşad Hüseynov qeyd edib ki, sürücülərin dövrü olaraq tibbi müayinədən keçirilməsi məsələsi də qanunda olub: "Sadəcə bir necə il bundan qabaq Milli Məclisdə "Yol Hərəkəti haqqında” qanuna çox məntiqsiz dəyişiklik etdilər. Müəyyən elədilər ki, sürücülər 60 yaşına qədər sağlamlığını yoxlatdırmadan da sürücülük vəsiqəsini dəyişə bilər. Guya bununla korrupsiyanın qarşısını alacaqlar. Bunlar düzgün olmayan yanaşmalardır. 10 ildən bir sürücülər niyə vəsiqələrini dəyişirlər ki? Burada sağlamlığın yoxlanılması məsələsi də mühümdür. Ona görə dəyişməsi tələb olunur. Qanundakı dəyişiklik isə çox mənasız idi.

Əgər sürücülərə sağlamlıq haqda arayış tibbi müəssisələrə gedilmədən verilərsə, bunun qarşısı alınmalıdır. Dünyanın hər yerində sürücülük üçün əsas tələblərdən biri onun sağlamlıq vəziyyəti və hüquqi durumudur. Sürücülük üçün yararsız olan şəxs maşından uzaq durmalıdır. Çünki bu, çox təhlükəli bir şeydir. Buna da tibb müəssisələri tərəfindən nəzarət olunmalıdır. Bu mexanizm Azərbaycanda düzgün işləmir. Məsələn, bu şayiə də ola bilər, amma bu yaxınlarda eşitdim ki, avtomobili ilə qəzaya düşən şəxsin bir qolu olmayıb. Maraqlıdır ki, qolu olmayan şəxs necə maşın sürə bilər? Bu cür məsələlər ciddi nəzarətdə saxlanılmalıdır”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh