Qəzaya səbəb olan piyadalar cinayət məsuliyyətinə cəlb oluna bilərlər - VİDEO

Hərəkətin tənzimlənmədiyi ərazidən yolu keçən piyada qəzaya səbəb olub. Qəzadan sonra sürücülər məcburi sürətdə hadisə yerində dayansa da, buna səbəb olan piyada sürətlə aradan çıxıb. Avtosfer.az xəbər verir ki, belə qəzaların yaranmasına piyadalar səbəb olsa da, hər zaman sürücülər məsuliyyətə cəlb edilir. Baxmayaraq ki, ziyan da ona dəyib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bunun doğru olmadığını, qanunvericiliyə görə belə qəzalarda hadisəyə səbəb olan piyadanın tapılaraq məsuliyyətə cəlb edilməli olduğunu deyir. Ərşad Hüseynov bildirir ki, qəza zamanı həm piyada, həm də sürücünün səhvi olarsa, hər iki şəxs məsuliyyətə cəlb olunmalı və dəymiş ziyan ortaq ödənilməldir.
Ekspertin fikrincə, hər zaman sürücülərin günahkar hesab edilməsi piyada nizamsızlığına da səbəb olur. Piyadalar hər zaman haqlı olduqlarını düşünərək aşkar şəkildə qaydaları pozur, yolu necə gəldi keçirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, piyadaların məsuliyyətə cəlb edilməsi faktı az da olsa qeydə alınır. Sürücülər əsasən piyadaların səhvi ucbatından qəza törədirsə, dəymiş ziyanı məhkəmə üsulu ilə piyadadan tələb edirlər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












