Qobustan qayalarına gedən yolda hərəkətin təşkilində gülünc mənzərə - VİDEO

Qobustan Milli Tarix Bədii Qoruğuna (Muzeyə) gedən yolda hərəkətin təşkilində böyük problem var. Həmin ərazidəki nişanları və nişanlanma xəttini sanki eramızdan əvvəlki insanların təfəkkürünə uyğun təşkil ediblər. Avtosfer.az həmin ərazidə çəkiliş aparıb. Videoya baxanda görürük ki, Muzeyə gedən yolla yataqlara gedən yolun kəsişməsində lazımsız yerə “stop” nişanı qoyublar və ardınca “stop” nişanı təkrarlanıb. Yerə isə 1.1 xəttini (düz xətti) elə çəkiblər ki, həmin yerdən düzünə getmək olmur.
Həmin ərazini keçdikdən sonra düz yolda yenə “stop” nişanı qoyulub, amma bilinmir ki, o nişanı niyə qoyublar. Həmin “stop” nişanından sonra yerə qanunsuz olaraq süni maneə (tramplin) qoyulub ki, bunun da heç bir məntiqi izahı yoxdur. Hərəkətin təşkili ilə bağlı BDYP-ya və “Azəravtoyol” ASC-yə hər hansı bir təklif verəndə həmin qurumlar tərəfindən bildirirlər ki, büdcədə vəsait yoxdur. Bu nişanların yola lazımsız olaraq səpələndiyini görəndə həmin qurumlara bir sual yaranır: Bəs sizin büdcədə vəsait olsa, bu yolda “stop” nişanlarının sayı təxminən neçə dəfə artar?
Nəzərə almaq lazımdır ki, Qobustan qayalarına gedən yol sıradan bir yol deyil. İl ərzində xaricdən gələn minlərlə turist burani ziyarət edir. Və onlarda belə bir təəssürat yaranır ki, burada yol hərəkətini də qədim dövrlərdəki kimi təşkil edirlər...
Təbriz Yusubov
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı













