Qudurğan məmur övladlarından özümüzü necə qoruyaq?

Ekspert Ərşad Hüseynov son günlər məmur uşaqlarının vüsət alan kriminal əməllərinə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, iri məmur uşaqlarının rezonans doğuran kriminal əməllləri sistemli xarakter alıb: "Hətta onları, xüsusən onlara aid nəqliyyat vasitələrini xüsusi təhlükə mənbəyi kimi fərqləndirənlər də çoxalır. Məncə, bununla bütün istiqamətlərdə səmərəli mübarizə olmalıdır. İlk növbədə qanun çərçivəsində. Yaxşı presedent yaradılmalıdır ki, əsl xəbərdaredici effekt versin.
Məsələn, cinayət və cinayət-prosessual qanunvericilikdə belə bir qəti tələb var ki, konkret kriminal hadisəni araşdıran müstəntiq, prokuror və ya hakim onun törədilməsinin səbəb və şəraitini də aydınlaşdırmalıdır (CPM-in 221-ci maddəsi və s.). Bu zaman həmin səbəb və şərait fərqli hüquq pozuntuları ilə bağlı olduqda, onlar da müvafiq hüquqi prosedurlara uyğun araşdırılmalı və onlara da hüquqi qiymət verilməlidir. Qanunun bu tələbi konkret hal üçün o deməkdir ki, həmin gülbalaların avtomobil kolleksiyasının mənbəyi, onların belə dəbdəbəli həyat tərzinin digər elementləri də hüquq müstəvisində araşdırılmalıdır. Əminəm ki, bu edilsə, həmin şəxslərin avtomobil kolleksiyasının müsadirəsindən tutmuş onları hərtərəfli himayə edərək gülbalaya döndərənlərin korrupsiya cinayətlərində ittiham edilməsinədək çox şeyə şahid olarıq".
Emin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












