Rafael Cəbrayılov: “Qəzalar... və piyadaların məsuliyyətsizliyi...”

Piyadalar yol hərəkətinin əsas iştirakçılarındandır. “Yol hərəkəti haqqında” qanunumuz piyadaların sürücülərə münasibətdə üstün hüququnu tanıyır və bu hal dünya təcrübəsinə uyğundur. Piyadaların hüquqlarının daha etibarli şəkildə qorunması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir.
Amma əfsuslar olsun ki, bir sıra hallarda ağır nəticələrə səbəb olan yol qəzaları piyadaların məsuliyyətsizliyi üzündən baş verir. Piyadalar qeyd olunan üstünlük hüquqlarından sui-istifadə edirlər ki, bu da ağır yol qəzalarının baş verməsinə və piyadalarən ölumünə gətirib çıxarır. Piyadaların vurulması ilə bağlı statistikaya nəzər yetirsək vəziyyətin doğrudan da ürəkaçan olmadığını görərik. Respublikamızda baş verən yol qəzalarının 47 faizi, Bakı şəhərində baş verən qəzaların isə 68 faizi piyadaların vurulması ilə müşaiyət olunur. Nəzərə alsaq ki, həmin piyadalar piyadaların hərəkəti üçün inşa edilmiş səkilərdə deyil, avtomobillərin hərəkəti üçün olan yollarda vurulub, o zaman piyada məsuliyyətsizliyinə şübhə yeri qalmaz.
Bu istiqamətdə maarifləndirmə işinin daha da gücləndirilməsinə, piyada məsuliyyətsizliyinə qarşı inzibati mübarizə metodlarından daha geniş istifadə edilməsinə, piyadaların yeraltı və yerüstü keçidlərdən istifadəsinə və qanunla qadağan edilmiş yerlərdən avtomobil yollarının keçilməsinin qarşısının alınmasına nail olunmasına ehtiyac duyulur. Hər bir piyada anlamalıdır ki, o, yol hərəkəti qaydalarını pozmaqla nəinki öz həyatını təhlükəyə atır, eyni zamanda sürücü üçün də çox ciddi problemlər yaradır.
Rafael Cəbrayılov,
Milli Məclisin deputatı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










