Rəngi getmiş piyada zolaqları ölüm saçan təhlükədir

Bakıda avtomobil yollarında piyada zolaqlarının silinməsi sürücülərin narazılığına səbəb olub. Hətta paytaxtın mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə görünmür. Bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında rənglənmir və bu prosesə hansı qurum nəzarət edir? Ekspert Ərşad Hüseynov bildirib ki, yollarda piyada zolaqları hər il təzələnməli və həmin zolaqlar xüsusi parlaqlığa malik ağ rəngli boyalarla rənglənməlidir: “Bu zolaqların müddəti bir ildir. Yəni hər il bu zolaqlar yenilənməlidir. Amma buna baxmayaraq, piyada zolağı silinərsə, yenidən rənglənməlidir”.
Ə.Hüseynov qeyd edib ki, yol nişanlarının rənglənməsinə nəzarəti qanunvericiliyə əsasən Respublika Baş Dövlət Yol Polisi İdarəsi həyata keçirməlidir: "Amma faktiki olaraq bu işi həm də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. Hər iki qurum bu işə nəzarət etməli, yollarda piyada zolaqlarının rənglənməsini həyata keçirməlidir”.
Ekspertin sözlərinə görə, sürücülər piyada zolaqları ilə yanaşı, yol kənarında piyada zolağını göstərən nişanlara fikir verməli və həmin nişanlar üzrə hərəkət etməlidir: "Amma piyada keçidləri üçün nəzərdə tutulan yerlərdə yol nişanı ilə yanaşı, piyada zolaqlarının olması da vacibdir. Əgər yol örtüyü təkmilləşdirilirsə, piyada zolağı ilin bütün fəsillərində tam standartlara uyğun olmalıdır. Hətta qışda qar yağarkən piyada zolağı qarla örtülürsə, mütləq təmizlənməlidir. Çünki piyada zolağı aydın görünməlidir”.
Ə.Hüseynov həmçinin qeyd edib ki, yollarda texniki vasitələrin olmaması və ya qaydasında olmaması yollarda qəzalar və digər xoşagəlməz halların baş verməsinə səbəb olur.
Trend
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












