Rəqəmsallaşma və süni intellekt - Bizneslər üçün təhlükə, yoxsa fürsət?

Son illər Azərbaycan biznes mühitində bir söz daha çox eşidilir - rəqəmsallaşma. Artıq bu, sadəcə trend deyil rəqabətdə qalmağın şərtidir. Süni intellekt isə bu prosesin ən sürətli inkişaf edən hissəsidir. Belə olan halda, sual yaranır: Bu dəyişikliklər bizneslər üçün riskdir, yoxsa böyük fürsət? Cavab isə sadədir: “Hazır olan biznes üçün fürsət, gecikən üçün risk”.
Əvvəllər biznesdə üstünlük kapital və əlaqələr idisə, bu gün məlumat və sürət əsas faktordur. Müştəri davranışını analiz edən sistemlər, satış proqnozlaşdırma alətləri, avtomatlaşdırılmış müştəri xidmətləri, rəqəmsal marketinq artıq böyük korporasiyalara məxsus deyil. Kiçik və orta biznes də bu alətlərdən istifadə edə bilir. Məsələn, chatbot istifadə edən şirkət 24/7 xidmət göstərir və əlavə işçi xərci çəkmir. AI ilə satış proqnozu edən şirkət stok səhvlərini azaldır. Bu isə birbaşa mənfəətə təsir edir. Azərbaycanda bir çox biznes hələ də qərarları “təcrübəyə əsaslanaraq” verir. Təcrübə vacibdir, amma data olmadan risklidir. Süni intellekt məhsulun daha çox satılacağını proqnozlaşdıra bilir. Hansı müştərinin sizi tərk edəcəyini əvvəlcədən təyin edir. Hansı reklam kampaniyasının daha effektiv olduğunu ölçür.
Bu isə sahibkara daha dəqiq və sürətli qərar imkanı verir. Rəqəmsallaşma təkcə mövcud biznesi gücləndirmir, həm də yeni sahələr, biznes modelləri yaradır. Buraya onlayn xidmət platformaları, abunə əsaslı modellər, data əsaslı konsultasiya xidmətləri və AI əsaslı məhsullar daxildir. Ən maraqlısı isə budur ki, artıq fiziki ofis olmadan da regional və beynəlxalq bazara çıxmaq mümkündür.
Bu sahədə ən böyük problem isə İnsan faktoru ilə bağlıdır. Texnologiya, strategiya var. Amma biznes rəhbərləri və komandalar buna hazırdırmı?
Bir çox şirkətdə əsas maneə texnologiya yox, dəyişiklik qorxusudur. İşçilər avtomatlaşdırmadan, rəhbərlik investisiya riskindən çəkinir, rəqəmsal bacarıqlar kifayət qədər deyil. Halbuki, AI insanı əvəz etmir, əksinə insanı daha məhsuldar edir.
Hazırda Azərbaycanda dövlət səviyyəsində rəqəmsallaşma prioritetdir, startap ekosistemi inkişaf edir, gənc və texnologiyaya açıq nəsil formalaşır. Bu o deməkdir ki, növbəti 5 ildə rəqəmsal üstünlük qazanan şirkətlər bazarda ciddi fərq yaradacaq.
Çinarə Ağayeva,
Biznes məsləhətçi
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










