Reklam

"Sarı xətt" tıxacları başlayır: Ya 40 manat cərimə, ya da... – REPORTAJ + FOTO

Yazarlar 3 May 2017 15:15 Oxunub 3916
"Sarı xətt" tıxacları başlayır: Ya 40 manat cərimə, ya da... – REPORTAJ + FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Avropa oyunları zamanı biz bunları yaşadıq. Sözün əsl mənasında zülm çəkdik. Saatlarla tıxacda qalırdıq, gün də təpəmizə vururdu"

Daha bir idman yarışı və günlərlə sürəcək tıxac problemi... Bakı sakinlərini isti yay günlərində tıxacda saxlayacaq qərar 2 gün sonra, yəni mayın 5-dən etibarən qüvvəyə minəcək. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı"nın tətbiq ediləcəyi küçələrdə hərəkət qadağası may ayının 25-nə qədər davam edəcək. Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, sarı rəngli bütöv hərəkət zolaqlarına ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq. Məlumata görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edəcək. Zolağa daxil olan digər maşınlar 40 manat cərimə olunacaqlar. Zolaqlar Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov (Dərnəgül yolu) prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şossesi yollarını əhatə edəcək.

 http://s008.radikal.ru/i306/1705/64/47e42161e5b6.jpg

Paytaxt Bakıda onsuz da hər gün avtomobil tıxacı yaşanır. Şəhərin elə küçələri var ki, heç pik saatlar olmasa da, həmin yerdə sıxlıq olur. Adıçəkilən küçə və prospektlər arasında Dərnəgül yolu və Qara Qarayev prospektidir. Dərnəgül yolundan gün ərzində yüzlərlə, bəlkə də minlər sürücü istifadə edir. Bu səbəbdən orada günün pik saatlarında bir neçə km uzunluğunda tıxac yaranır. Əgər "Sarı xətt" qadağası da tətbiq edilərsə, Dərnəgül yolunda tıxacların uzunluğu və müddəti daha artacaq. Eyni zamanda Qara Qarayev prospektində də vəziyyət eynidir. Bu prospektdə yol 2 zolaqlıdır. Zolağın biri oyunlar üçün qapadılır. Sürücülər sadəcə 1 avtomobil zolağı ilə hərəkət etməli olacaqlar. İsti yay günlərində belə bir vəziyyət heç də xoş təsir bağışlamayacaq. Elə sürücülər də bu fikirdədir. 23 ildir ki, taksi sürücüsü kimi çalışan Əhliman Fərəcov deyir ki, bu qadağa ciddi problem yaşadacaq: "Avropa oyunları zamanı biz bunları yaşadıq. Sözün əsl mənasında zülm çəkdik. Saatlarla tıxacda qalırdıq, gün də təpəmizə vururdu. Fikirləş ki, sol yol boşdur, sən 2 saatdır tıxacdasan, amma o yola keçə bilmirsən. Buna əsəb dözər? İslam oyunları keçirilir. Keçirsinlər, özləri bilərlər. Amma bunu elə etsinlər ki, camaat işgəncə çəkməsin. Kimlərsə 10 gün idman edəcək deyə biz evdən bayıra çıxmayaq? İşləməyək? Evimizə çörək aparmayaq?"

http://s018.radikal.ru/i506/1705/f5/7952d463ae16.jpg

Azı 10 ildir sürücü olan Xalid Şükürovun sözlərinə görə, idmançıların iki saatdan bir keçəcəyi yolun bir zolağını tamamilə və sürəkli boş saxlamaq yerinə, zərurət yarandığı halda DYP öndəki avtomobillərdən yol istəməklə və qabağa düşüb yolu açmaqla problemi həll edə bilər: "İndinin özündə sarı xəttin ən uzun olduğu Ziya Bünyadov prospektində nəqliyyatın hərəkəti intensiv deyil. Hər gün işə sıxlıqla gəlib-gedirik. "20 Yanvar" metrostansiyasından ta "Xəqani-petrol"un yanına qədər avtomobillərin orta sürəti 10-15 km/saat-dan çox deyil. Hələ sarı xətt yasağı olanda görün nə olacaq. Burada yol ikizolaqlıdır, biri də sarı xəttin güdazına gedəndə, o boyda prospekt Yasamalın dar küçələrinə dönəcək və bu yolda yaranan tıxac "20 Yanvar" dairəsində də hərəkəti iflic edəcək. Nəsə bir çarə düşünülməlidir. İdmançıların iki saatdan bir keçəcəyi yolun bir zolağını tamamilə və sürəkli boş saxlamaq yerinə, zərurət yarandığı halda DYP öndəki avtomobillərdən yol istəməklə və qabağa düşüb yolu açmaqla problemi həll edə bilər. Yoxsa bütün may ayı boyunca o yoldan istifadə edənlər çox əziyyət çəkəcək".

http://s009.radikal.ru/i309/1705/71/331376b1ef4b.jpg

Ekspert Ərşad Hüseynov deyir ki, bəzi küçələrdə sarı xətsiz də keçinmək olardı: "Bu məsələ onsuz da müvəqqəti haldır. Üç həftəyə qadağa bitəcək. Mən sürücülərə məsləhət görərdim ki, bu yollardan mümkün qədər istifadə etməsinlər. Şəxsi avtomobillərdən yox, ictimai nəqliyyatdan istifadə etsinlər. Amma bəzi küçələrdə sarı xətsiz də keçinmək olardı. Müşayətlə də həmin nəqliyyat vasitələrinin hərəkətini asanlaşdırmaq olardı. Amma bizim də bir vətəndaş kimi borcumuz budur ki, bunu anlayışla qarşılayaq, yolumuzu buna uyğun planlaşdıraq".

http://i056.radikal.ru/1705/2a/8b6aacbe68e3.jpg

- Bakıda tez-tez idman yarışları keçirilir və artıq ikinci dəfədir ki, xüsusi hərəkət zolaqlarından istifadə edilir. Qarşıdan Formula 1 yarışları da gəlir. Sıxlığın yaşanmaması üçün alternativ yol varmı?

- Bakının küçələri göz qabağındadır. Alternativ yol tapmaq çətindir. Amma yolları bağlamadan, xüsusi hərəkət zolaqları olmadan da keçinmək olardı. Dünya praktikasında bu var. Rusiyada, Böyük Britaniyada keçirilən olimpiyadalar zamanı bunu gördük. Hansı ki, Olimpiyada İslam Oyunlarından daha genişmiqyaslı yarışdır. Həmin yarışlarda hər şey nəzərə alınır. Xüsusi hərəkət zolaqları olsa belə, onun hüquqi əsaslarının müəyyən edilir. Bizdə isə bu bir az tələsik olub. Hesablamalar bütün detallarına qədər aparılmayıb. "Belə olsa yaxşı olar" deyib, qaydalar tərtib ediblər. Fikirləşilsə daha rahat üsullar tapmaq olar. Xatırladaq ki, bu ilin mayın 12-22-də Bakıda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu oyunlara bütün İslam ölkələrindən 24 idman növü üzrə idmançıları qatılacaq.

http://s16.radikal.ru/i190/1705/1c/e7f388926367.jpg

http://s018.radikal.ru/i513/1705/f3/c3b70289535d.jpg

http://s015.radikal.ru/i332/1705/3c/beb536803859.jpg

http://s016.radikal.ru/i334/1705/48/494eedb2c032.jpg

http://s019.radikal.ru/i631/1705/f4/cea23ce80938.jpg

http://s019.radikal.ru/i633/1705/e0/6b2da33aa11b.jpg

http://s018.radikal.ru/i525/1705/da/8d1c5800cecd.jpg

http://s61.radikal.ru/i174/1705/94/a65a69e9efbf.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh