Şəbnəm Tovuzlu yol qaydalarını mahnı oxuya-oxuya pozdu - VİDEO

Müğənni Şəbnəm Tovuzlu yenə gündəmdədir. Bu dəfə də sənəti ilə yox, kobud qayda pozuntusu ilə. Avtosfer.az xəbər verir ki, müğənni özü İnstagramda video paylaşaraq avtomobildə mahnı oxuduğunu nümayiş etdirib. Hadisə baş verən vaxt avtomobili başqa bir xanım idarə edib. Onların hər ikisi təhlükəsizlik kəmərindən istifadə etməyib. Üstəlik, Şəbnəm Tovuzlu video çəkərkən sürücünün diqqətini yayındırıb. İnzibati Xətalar Məcəlləsinə görə, sükan arxasında olan sürücünün diqqətini yayındırmaq 40 manat cərimə ilə nəticələnə bilər. Bundan əlavə, Şəbnəm Tovuzlu sərnişin qismində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün 30 manat cərimə olunmalıdır.
Cərimələr bir yana, onun bu hərəkəti olduqca təhlükəlidir. Sürücünün diqqətini yayındırdığı üçün hər an qəza baş verə bilər. Elə buna görə də, sosial şəbəkələrdə yayılan bu videoya belə şərhlər yazılıb: “Vaxtınız olanda yola da baxın ki, kimisə bədbəxt eləməyin”.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












