Şəhid adı verilən küçə acınacaqlı HALDA: "Baxan yoxdur" - VİDEO

Sabirabadda 3 000-ə yaxın insanın yaşadığı şəhid Mehman Məmmədov küçəsinin sakinləri yollarının baxımsız vəziyyətdə olmasından şikayətçidirlər.
Avtosfer.az "BakuTV"yə istinadən xəbər verir ki, vətəndaşlar dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini bildirsələr də, problemə baxılmadığını iddia edirlər.
"Yollarımızın vəziyyəti pisdir, uşaqlar məktəbə gedə bilmirlər. Maşın olmasa, palçığa görə heç kim heç yerə gedə bilməz. Bura şəhid küçəsidir, amma gəlib baxan yoxdur", - sakinlərdən biri narazılığını bildirib.
Vətəndaşların şikayətinə cavab olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, yaxın zamanda bütün şəhid küçələri kimi Mehman Məmmədov küçəsinə də asfalt vurularaq abadlaşdırılacaq.
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım












