Səkiləri işğal edən obyektlər – Onlara bu icazəni kim verir?

Paytaxtın bir çox yerində obyektlər səkilərin üzərinə çıxır. Sahibkarlar müxtəlif konstruksiyalar və tikililərlə piyadalar üçün nəzərdə tutulan yolqırağı sahələri zəbt edir.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Ramil Qasımzadə bildirib ki, obyektlər sahibləri belə konstruksiyaların quraşdırılması ilə əlaqədar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edir:
“Əvvəllər müvafiq olaraq, sahibkarlar yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə çevrilməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciət edirdilər. Əgər səkiyə, piyadaların keçidinə mane olmurdusa, yaxud insanların keçidi üçün imkanlar var idisə, bu barədə müraciət edilir, rayon icra hakimiyyətləri tərəfindən baxış keçirilir və müvafiq qərarlar qəbul olunurdu. İndi isə hansısa tikinti elementlərində hər hansı konstruksiya dəyişiklik etmək və yaxud yaşayış sahəsinin təyinatını qeyri-yaşayış təyinatına dəyişmək istəyirlərsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilir”.
Ekspert qeyd edib ki, vətəndaşların gediş-gəlişinə mane olan obyektlərin səkilərə çıxması qadağandır:
“Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin əmlaka baxış keçirilir və həmin yerdə qeyri-yaşayış sahəsinin fəaliyyət göstərmə imkanları varsa, onlara müsbət cavab verilir. Müsbət cavab verilmirsə, təbii ki, həmin əmlakın konstruksiyası sökülür və fəaliyyəti qadağan edilir. Bu məsələdə sahibkarları da başa düşmək lazımdır, amma obyektin artırması vətəndaşların gediş-gəlişinə mane olursa, təbii ki, bunun icrasının qarşısı alınmalıdır”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












