Səkiləri kim dağıdır? - VİDEO

Yolun kənarına vurulan yeni səki daşları yararsız vəziyyətə salınıb. Bəzi yerlərdə isə cəmi 5 - 6 ay əvvəl döşənmiş daşlar çıxardılaraq kənara atılıb. Görüntülər paytaxtın müxtəlif yerlərində qeydə alınıb. Daha dəqiqi Ziya Bünyadov prospektində yerləşən bu tikinti bazarına giriş-çıxışı asanlaşdırmaq üçün müəyyən şəxslər yolda olan səki daşlarını dağıdaraq çıxarıblar. Bu azmış kimi səki daşlarının üzərinə yükdə yığılıb. Çəkiliş qrupunu görənlər yükü səki daşlarının üzərindən yığışdırmağa çalışıblar.
Əhməd Rəcəbli küçəsində isə yük maşınları üzərindən keçdiyindən səki daşları yararsız hala düşüb.
Görünən odur ki, bəzi şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən yol təsərrüfatına ziyan vurur. Bu isə bir başa dövlət vəsaitinə ziyan vurmaq deməkdir. Belə halların qarşısını almaq üçün sərt tədbirlər həyata keçiriləcək. Artıq nəticələr də var. 126 fakt üzrə yol təsərüfatına dəymiş zərərə görə, ayrı-ayrı şəxslərdən dövlətə təxminən 250 min manat pul ödənilib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












