Sərnişin kəməri taxmırsa sürücü həbs oluna bilər – Qanun belə deyir

Təhlükəsizlik kəməri məsələsi daim müzakirə mövzusudur. Qanunda yalnız hamilə qadınların kəmər taxmamasına icazə verilsə də, bəzi kişilər kəmər taxmamaq üçün hər cür varianta əl atırlar. Hansı ki, təhlükəsizlik kəməri qəza anında sürücünü ölümdən 80 faizdən çox qoruya bilir. Burada söhbət sürücülərdən gedir. Lakin gəlin görək, sərnişinlər kəmər taxmadıqda sürücüləri nələr gözləyir?
Apardığımız araşdımalardan məlum olur ki, sərnişin qismində avtomobildə gedən şəxslərin böyük əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə etmir. Bunun nə ilə nəticələnəciyini isə nə sərnişinlər, nə də sürücülər dərk etmək istəmir. Təhlükəsizlik kəmərindən istifadə olunmayan avtomobil qəzaya düşən zaman sürücü və sərnişinlər mütləq şəkildə bədən xəsarəti alırlar.
Bəs sərnişinin bədən xəsarəti alması sürücüdə hansı məsuliyyəti yaradır?
Avtosfer.az xəbər verir ki, yol hərəkəti qaydasını pozaraq qəzaya səbəb olan sürücünün avtomobilindəki sərnişinlər və ya digər avtomobildəki sərnişinlər az ağır xəsarət alarsa, həmin sürücünü Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ən ağır hal kimi iki ilədək müddətə azadlıqdan məhrum edəcəklər. Əgər sərnişin dünyasını dəyişərsə, həmin sürücünü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ən ağır halda altı ilədək müddətə azadlıqdan məhrum edəcəklər. Hətta iki və daha çox sərnişin dünyasını dəyişərsə, o zaman on ilədək müddətə azadlıqdan məhrum edəcəklər.
Sərnişinin kəmər taxmaması sizi azadlıqdan məhrum edərək doğmalarınızdan ayıra bilər. Ona görə də avtomobilinizə əyləşən hər bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməsini məcbur edin!
Təbriz Yusubov
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?












