Sərnişindaşıma qaydaları dəyişdi, cərimə sistemi işə düşür

“Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci maddəsinə (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) dəyişiklik edilib. Avtosfer.az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, həmin qanunun 20.3-cü maddəsində “avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan” sözləri “xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən” sözləri ilə əvəz edilib.
20.3-cü maddənin qüvvədə olan redaksiyasında deyilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən, yalnız avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan istifadə etməlidir.
Təklif olunan redaksiyada isə deyilir ki, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə etməlidir.
Qanun layihəsi “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli Azərbaycan qanunu ilə İnzibati Xətalar Məcəlləsinə “taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durmasına görə” inzibati məsuliyyət (40 manatdan 50 manatadək məbləğdə cərimə) nəzərdə tutan 322.0.8-ci maddə əlavə edilib.

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










