Sərnişinlər günün altında avtobus gözləyir - Bakıda - VİDEO

Yolun bir tərəfində dayanacaq var digərində yoxdur. Bu ərazidə isə heç ümumiyyətlə dayanacaq quraşdırılmayıb. Nəticədə də, sərnişinlər günəşdən qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Kartında gediş-haqqı olmayanlar da əziyyət çəkənlər arasındadır. Çünki bunu almaq üçün aparat da yoxdur. Paytaxtın bir çox yerində avtobus dayanacağı olduğunu bildirən nişan və xətlər olsa da dayancaq özü quraşdırılmayıb. Məsələn 21 saylı marşrut xəttinin başlanğıcı olan Səməd Vurğun parkının qarşısında. Kartda gedişhaqqı yükləmək üçün ən yaxın terminal da parkın digər ucundadır.
Eyni problem metronun 28 may stansiyasının qarşısında Bakı dəmiryolu vağzalının yaxınlığındakı yolda da yaşanır. Yolun bir tərəfində dayancaq olsa da digər tərəfində yoxdur. Yerə avtobusların dayancağını bildirən zolaq çəkilib. Nəticədə də 46 və 125 saylı marşurt avtobuslarını gözləyən sərnişinlər problemlə qarşılaşırlar.
Bəzi yerlərdə isə sərnişin sıxlığı olsa da dayanacağa terminal qoyulmayıb. Məsələn, Nobel prospektində və 2 saylı "Asan xidmət”in qarşısında.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, dayancaqların quraşdırılmasını Bakı şəhər İcra Hakimiyyəti həyata keçirir. Ödəmə terminallarının quraşdırılmasına gəlincə isə, qurumun əməkdaşları adı çəkilən ünvanlara baş çəkəcək və zərurət olarsa problem aradan qaldırılacaq. Bakı şəhər icra hakimiyyətindən isə telefon zənglərimizə cavab verən olmadı.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












