Sərnişinləri sallaşan vəziyyətdə aparan sürücülər niyə cəzalandırılmır?

Günün pik saatlarında - səhər işə gedilən və axşam işdən çıxılan radələrdə sərnişin avtobuslarının hərəkət qrafiki intervalında gecikmələr olur. Bunun bir səbəbi həmin vaxt yollarda müşahidə edilən sıxlıqla əlaqədardır. Nəticədə işə tələsən sərnişinlərin dayanacağa yaxınlaşan avtobusa “hücumu” baş verir. Və avtobuslar dolub-daşır. Bəzi sürücülər isə sərnişindaşıma qaydalarını pozmağa görə dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymur, sərnişinləri avtobusun qapısından sallaşan vəziyyətdə aparırlar.
Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslarda belə halları tez-tez müşahidə etmək olur. Avtosfer.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Mais Ağayev Modern.az-a bildirib ki, məlum məsələylə əlaqədar onlar tərəfindən tədbirlər görülür: “Agentlik Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Bu işlərin icrası nəticəsində hazırda mövcud olan xoşagəlməz hallar aradan qalxacaq. Avtobusların qapısı açıq halda, sərnişin qapıdan sallanan vəziyyətdə idarə edilməsi əlbəttə yolverilməzdir. Agentlik daşıyıcılarla keçirilən bütün görüşlərdə bununla bağlı məsələni qaldırır və müvafiq tapşırıqlar verir. Lakin hələ də bu kimi neqativ hallarla rastlaşırıq. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı istər mediadan, istərsə də sərnişinlərimizdən müraciətlər daxil olan kimi məsələ araşdırılır və zəruri tədbirlər görülür. Qeyd etdiyim kimi, nəzərdə tutulan tədbirlərimizin icrası nəticəsində bu kimi hallar aradan qaldırılacaq”. Mais Ağayev bildirib ki Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində bu cür halların müşahidə edildiyi avtobusların aid olduğu daşıyıcı şirkət qarşısında məsələ qaldırır və onlar zəruri cəza tədbirlərini görürlər. Amma əgər sürücü bu halları dəfələrlə təkrar edirsə,o zaman o, işdən azad edilir.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










