Sığortanız ola-ola cərimələnə bilərsiz - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ

Noyabrın 1-dən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinə dair icbari sığorta müqaviləsi online, yəni kağızsız bağlanacaq. Avtosfer.az bununla bağlı bəzi məqamları sürücülərin diqqətinə çatdırır. İlk növbədə bildirək ki, bu, çox yaxşı addımdır və sürücüləri bir çox problemlərdən uzaq tutacaq. Məsələn, sürücülərin sığortaya görə hansı sığorta şirkətinə üz tutub növbəyə durması, vaxt itirməsi, həmçinin, fırıldaqçı sığorta agentlərinin «toruna» düşməsi halları olmayacaq. Lakin bu yenilik ki, «Yol hərəkəti haqqında» Qanunun tələbləri ilə üst-üstə düşmür. Belə ki, hazırkı qanunun 37-ci maddəsində göstərilir ki, sürücülərin vəzifələrindən biri də avtomobilin icbari sığorta şəhadətnaməsini özündə saxlamalıdır. Yəni, bu o deməkdir ki, sürücü DYP əməkdaşı tərəfindən saxlanıldıqda inspektora təqdim edilməsi lazım olan sənədlər arasında sığorta şəhadətnaməsi də olmalıdır. Bu baxımdan, qanun yolda hərəkət edən sürücüdə kağızda sığorta şəhadətnaməsi olmasını tələb edir. Ona görə də, qanuna dəyişiklik olunana qədər sürücülər elektron sığorta müqaviləsini bağladıqdan sonra onu kağızda da çap edib saxlamalıdır. Əks halda, yol polisi tərəfindən saxlanılan sürücü sığortası ola-ola 50 manat cərimə oluna bilər. Mümkündür ki, sürücü DYP əməkdaşından sistemdə avtomobilə aid sığortanın olub-olmamasını yoxlamağı məsləhət görsün. Lakin bu halda inspektorun bunu yoxlamaq öhdəliyi yoxdur. Yəni, bu, onun xidməti vəzifəsinə daxil olmayan bir işdir. Həm də, ola bilər ki, bəzi yerlərdə internet olmadığı üçün bunu elektron qaydada yoxlamaq mümkün olmasın. Ona görə də, qanuna dəyişiklik edib sığorta şəhadətnaməsinin sürücüdə saxlanılması tələbini çıxarana qədər sürücülər həmin sənədi özlərində saxlamağa borcludurlar.
Elməddin Muradlı
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












