Şimala aparan təhlükəli yol: o gündən 33 il keçib - FOTOLAR

Şəki və Mingəçevir şəhərlərini birləşdirən Kərimli yolu istismar müddətini başa vurub. Bununla belə, yol məsafəni xeyli qısaltdığından, sürücülər mütəmadi olaraq buradan istifadə edirlər — avtomobillərinin sıradan çıxması bahasına… 1984-cü ildə salınan yol yarıya kimi asfaltlanıb, digər hissəsi isə "yaddan çıxıb". Ərazi həm də turizm bölgəsi olduğundan və Kərimli kurqanlarına aparan yol olduğundan, xüsusi əhəmiyyət daşıyır. Ancaq bərbad gündə olan yol turistlərin də kurqanı görmək arzusunu ürəklərində qoyur. Yolun təmiri ilə bağlı layihə 2008-ci ildən hazır olsa da, hələlik ancaq cari təmir işləri aparılıb. Təbii ki, bu da müvəqqəti xarakter daşıyıb. Yolun yenidən qurulması 2014-2018-ci illər dövlət proqramına salınıb. Belə görünür ki, hər gün bu keşməkeşi qət etməyə məcbur olanlar, hələ 1 il də gözləməli olacaqlar.
Kərimli yol həm də Oğuz rayonunun kəndləri ilə Şəkinin ucqar kəndləri arasında istifadə olunan ən sərfəli və yaxın yoldur. Yolda sonuncu dəfə, təxminən 5 il qabaq yarımçıq təmir işləri aparılıb və o vaxtdan indiyə kimi yolda nə əsaslı, nə də yarımçıq təmir aparılıb. Artıq Kərimli yolundan istifadə, demək olar ki, mümkünsüzdür. Yolun bərbad vəziyyətdə olması sürücüləri əməlli-başlı dərdə salıb. Bu yoldan mütəmadi istifadə şəxslərin zamanlarının və qazanclarının önəmli hissəsi avtomobil təmiri sexlərində sərf olunur. Şimal bölgəsinə uzanan əsas turizm marşrutlarından biri sözügedən yoldan keçir. Bu yol həm də tarixi özündə yaşadan qədim bir abidəyə aparır. Belə ki, Oğuzun Kərimli kəndində bir neçə hökmdarın məzarı – kurqanları var. Kərimli kurqanlarının qalıqları həm yerli, həm də xarici turistlər üçün böyük marağa səbəb olur. Ancaq təəssüflər olsun ki, buranın yolunun bərbad vəziyyətdə olması turistlərin işinə maneçilik törədir. Bölgə sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, məsələ ilə bağlı dəfələrlə "Azəravtoyol"un yerli qurumlarına müraciətlər olunsa da, hələ heç bir nəticə yoxdur…
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
















