Şirvanda yol çöküb: Binalar ciddi təhlükədə – FOTO

Şirvanda magistral kanalizasiya xətti tutulub və nəticədə avtomobil yolu çöküb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhərinin Xəqani küçəsində 200 metrdən çox məsafədə magistral kanalizasiya xəttinin tutulması nəticəsində yolun iki tərəfində yerləşən binalar üçün ciddi təhlükə yaranıb. Binalararası avtomobil yolu bir neçə hissədə çöküb. Magistral xətlə gedən çirkab kanalizasiya suları asfaltın üstünə çıxaraq binaların zirzəmilərinə dolub. Su axını binaların özüllərinə də təhlükə yaradır. Şirvan Su-kanal idarəsinin müdiri Hamlet Hüseynov bildirib ki, kanalizasiya xəttində yaranmış problem sovet dövründən qalma problemdir. Hazırda magistral kanalizasiya xəttində yaranmış qəzalı vəziyyətlə əlaqədar “Azərsu” ASC tərəfindən tədbirlər görülür. Xəqani küçəsinə “Azərsu” ASC-nin texnikası və işçi qüvvəsi cəlb edilib. Yeni plastik kanalizasiya boruları gətirilib. Qəzanın aradan qaldırılması yaxın 15-20 gündə yekunlaşacağı bildirilir. Baş vermiş qəza ilə əlaqədar “Azərsu” ASC-nin rəhbər şəxsləri hadisə yerinə gəliblər. “Azərsu” ASC-dən verilən məlumata görə, yaxın aylarda Şirvan şəhərinin kanalizasiya xətləri yenidən qurulacaq. Artıq bunun üçün maliyyə vəsaiti ayrılıb.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












