«SOCAR»a benzin almağa dönən sürücülər ya qəzaya düşür, ya da cərimə olunur – VİDEO

Bakının Səbail rayonu ərazisində sürücüləri həm tələyə salırlar, həm də təhlükəyə atırlar. Avtosfer.az xəbər verir ki, belə bir vəziyyət Bibiheybət məscidindən üzü şəhər istiqamətində gələrkən «SOCAR» yanacaqdoldurma məntəqəsinin qarşısında yaranıb.
Məlum olduğu kimi, həmin yolun yarısında ikitərəfli hərəkətə şərait yaradılıb. Şəhərdən çıxmaq üçün 20-ci sahədən gedənlər indi Bibiheybət yolundan da istifadə edə bilirlər. Bu zaman təbii ki, «SOCAR»ın yanacaqdoldurma məntəqəsinə dönmək olmur. Çünki ikitərəfli yoldur və qoşa xətt var. «SOCAR»ın işçiləri də müştəriləri qaçırmamaq üçün təhlükəli hərəkətə yol veriblər. Belə ki, onlar yolun əks tərəfindən qoşa xəttin bir hissəsini qırıq-qırıq xəttə oxşadıblar. Onlar düz xəttin üzərinə mazut tökərək kənardan baxanda ilk baxışda qırıq-qırıq xəttə bənzəyən görüntü yaradıblar. Həmin hissəyə çatmağa az qalmız asfalt üzərində düzünə hərəkəti bildirən nişanlama xəttini də silərək yox ediblər. Buna aldanan bəzi sürücülər «SOCAR»a dönüb yanacaq almaq istədikdə ya Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları saxlayıb cərimə yazır, ya qəzaya düşür, ya da bəxti gətirsə, sağ-salamat çıxıb gedə bilir.
Avtosfer.az-a daxil olan başqa bir məlumata görə, həmin ərazidə qoşa xətti qırıq-qırıq xətlə əvəzləyənlər təkcə «SOCAR»ın yanacaqdoldurma məntəqəsinin işçiləri deyil, həm də «SOCAR»ın tərkibində olan şirkətlərin birinin sürücüləri də olub. Onlar öz yollarını qısaltmaq üçün guya yol polisini aldadırmış kimi, özlərinə asan yol tapıblar. Lakin videodan da göründüyü kimi, həmin yolda sola və ya geriyə manevr etmək olduqca təhlükəlidir. Odur ki, sürücülərə həmin ərazidə qayda pozmamağı tövsiyyə edirik. Çünki sola dönən olsa yol polisi saxlayıb cərimə yazacaq. Qəza baş verəndə isə həm «SOCAR», həm lə DYP yaxasını kənara çəkəcək. Əgər həmin yanacaqdoldurma məntəqəsinə girmək istəyirsinizsə Bibiheybət məscidinin qarşısından dönüb geri qayıda bilərsiniz.
Elməddin
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...















