Şok olay – Sürücü nömrəni qaraladı, radarlar başqasına getdi - FOTO

Bir müddət əvvəl *0 OK 998 dövlət nömrə nişanlı “Toyota-Land Gruiser” markalı avtomobilin sürücüsünün törətmədiyi qayda pozuntularına görə elektron protokollar alması barədə Avtosfer.az-a məlumat daxil olmuşdu. İşin qəribə tərəfi onda idi ki, həmin avtomobilin sahibinə gələn elektron protokollardakı maşının nömrə nişanları eyni olsa da, modelləri fərqli idi. Protokollardakı fotoda qara rəngli “Hyundai Sonata” görünürdü. Avtosfer.az-ın bununla bağlı apardığı araşdırmalar zamanı məlum oldu ki, “Land Gruiser” Bakıda olsa da, “Hyundai” Gəncədə sürülür. Onun əsl nömrəsindəki rəqəmlər eyni olsa da, hərflər fərqlidir. CK hərfləri olan nömrəyə qeyri-qanuni müdaxilə edən “Hyundai” markalı avtomobilin sürücüsü onu C hərfini O hərfinə oxşadıb. Bununla bağlı toplanmış materillar Baş Dövlət Yol Polisi İdarəsinə təqdim olunandan sonra dərhal araşdırmalara başlanılıb. “Hyundaı Sonata”nın həqiqətən də Gəncədə yaşayan sürücüyə məxsus olduğu müəyyən edilib Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həmin avtomaşını tez bir zamanda saxlayıblar. Məlum olub ki, həqiqətən də sürücü nömrəni saxtalaşdırıb. Buna görə də, onun barəsində 60 manat, 4 bal cərimə tətbiq olunub. Maşın isə cərimə meydançasına salınıb. Onunla bağlı aparılmış araşdırmalar zamanı məlum olub ki, indiyə qədər həmin sürücü 20 dəfə qayda pozub. Bütün elektron protokollar sürücüyə təqdim edilməklə qərar qəbul edilib və onun cərimə balları 20-dən çox olduğu üçün sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
Elməddin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














