Son günlər piyadaların vurulması artıb - YOL POLİSİ

Son günlər yol-nəqliyyat hadisələri ilə bağlı xəbərlərə tez-tez rast gəlinir. Qəzaların artmasının səbəbi nədir? Bununla bağlı metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirdi ki, piyadavurma faktlarının sayı digər hadisələrə nisbətən artıb: “Çox ciddi narahatlıq hissi doğurur. Təbii ki, təyin olunmayan yerlərdən keçən piyadaların avtombil sürücüləri tərəfindən vurulmasına qarşı çox ciddi tədbirlər görülür. Eyni zamanda, təbliğat da aparılır. Hesab edirəm ki, ərazidə polis əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, hər bir piyada və sürücü öz hərəkətləri ilə başqalarına nümunə olmalıdır. Öz təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Son yol-qəza hadisəsi zamanı idmançı xanımın vurulması təəssüf hissi yaratdı. Təbii ki, hadisənin baş verməsinə səbəb olan sürücü artıq həbs edilib. Bununla əlaqədar cinayət işi qaldırılıb. Hər halda, həmin ərazidən keçən sürücülərin sürət həddini aşması, səhlənkarlığı yol-nəqliyyat hadisəsinin dərəcəsini artırır. Hesab edirəm ki, təbliğat işi gücləndirliməlidir”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










