Sükanı sağda olan avtomobillər ölkəyə NECƏ BURAXILIR? - AÇIQLAMA

Sükanı sağda olan avtomobillər ölkəyə necə buraxılır? Son vaxtlar sükanı sağda olan avtomobillərə rast gəlirik. Bəs bu avtomobillər ölkəyə niyə buraxılır və hansə təhlükələri var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Big.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Yaponiyadan Gürcüstana gətirilir, Gürcüstanda sükan idarəetmə mexanizmi dəyişdirilir, sağdan sola keçirilir və Azərbaycana gətirilir. Bu da təbii ki, təhlükəlidir. Çünki istehsalçı zavod onun sistemini sağa yığıbsa, deməli bütün parametrlər ona uyğun hesablanıb:
![]()
"Bu avtomobillərin istifadəsi qadağan deyil, ölkəyə gətirilməsi qadağandır. Onlar ölkəyə başqa formada gətirilir. Yaponiyadan Gürcüstana gətirilir, Gürcüstanda sükan idarəetmə mexanizmi dəyişdirilir, sağdan sola keçirilir və Azərbaycana gətirilir. Bu da təbii ki, təhlükəlidir. Çünki istehsalçı zavod onun sistemini sağa yığıbsa, deməli bütün parametrlər ona uyğun hesablanıb. Ancaq bəzi alverçilər öz tamahlarına güc gələ bilmirlər. Təhlükəni nəzərə almadan ancaq öz ciblərini güdürlər və bu avtomobillərin daha ucuz olduğunu düşünüb ölkəmizə gətirirlər. Bu problemin qarşısını almağın yeganə yolu odur ki, ölkəyə gətirilməsin, gömrükdə hansısa məhdudiyyət qoyulsun. Sistemdə həmin avtomobilin əvvəlki vəziyyəti görünür. Dəyişib gətiriləndən sonra artıq heç bir məhdudiyyət qoya bilmirlər. Çünki sükan artıq solda olur".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










