Sumqayıtda 1 saylı orta məktəbin yolunu sel kəsdi – FOTO + VİDEO

Sumqayıt şəhərində orta məktəbi sel suları basıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə gecə saatlarında baş verib. Axşam saatlarından şəhər ərazisində güclənən yağış nəticəsində Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin həyətinə sel gəlib. Nəticədə məktəbin həyəti təxminən 40-50 sm hündürlüyündə su ilə dolub. Hadisə nəticəsində şagirdlər orta məktəbə daxil ola bilməyib, geri qayıdıblar. Məsələ ilə bağlı Trend-ə açıqlama verən Sumqayıt şəhər 1 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva faktı təsdiqləyib.
Direktor bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinə dərhal məlumat verilərək məktəbdəki vəziyyət bildirilib: "Məktəbin əsas girişindən həyətə daxil olmaq çətin olduğu üçün alternativ yoldan istifadə etmişik. Müəllimlər məktəbdədirlər".
R.Tağıyeva deyib ki, alternativ yol da palçıqlıdır: "Amma ən azından bu yoldan istifadə etmək olur. Şagirdlərdən də məktəbə gələnlər var. Bəzi şagirdlər gəlməsə də, məktəbdə tədris dayanmayıb. İndi gözləyirik ki, aidiyyəti qurumlar məktəbin həyətindəki suyu çəksinlər".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı














